Alternative content

11:07 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Maliyyə Nazirliyində Fransa Sahibkarlar Təşkilatına üzv olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Maliyyə Nazirliyində Fransa Sahibkarlar Təşkilatına üzv olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:59 10.07.2019

İyulun 10-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatı – MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi və müxtəlif sahələrdə fəaliyyət göstərən fransız şirkətlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri, Maliyyə naziri Samir Şərifov ölkəmizin Fransa ilə münasibətlərə böyük önəm verdiyini, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Fransaya səfərlərindən sonra iki ölkə arasında əlaqələrin inkişafına əlavə təkan verildiyini və hazırda bir sıra sahələrdə yeni layihələrin həyata keçirilmə imkanlarının araşdırıldığını bildirdi.

Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının ölkələrimiz arasında iqtisadi, maliyyə, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafına dəstək verdiyini qeyd edən S.Şərifov iqtisadi və maliyyə dialoqunun genişləndirilməsi məqsədilə iyul ayının sonunda Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Merin Azərbaycana səfərinin gözlənildiyini diqqətə çatdırıb.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər və qazanılan sosial-iqtisadi uğurlar, ölkə və region üçün böyük əhəmiyyətə malik olan layihələr haqqında məlumat verən nazir qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqamətini təşkil etdiyini diqqətə çatdırıb. S.Şərifov ölkəmizdə aparılan iqtisadi islahatların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd edib. Belə ki, hesabatda Azərbaycan dünyanın 10 islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Bununla Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib. "Hesab edirəm ki, iki ölkənin biznes dairələri yaradılmış bu əlverişli biznes mühitindən yararlanaraq böyük həvəslə iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcək birgə layihələr həyata keçirməlidirlər”, - deyə nazir əlavə edib.

MEDEF Biznes Şurasının prezidenti kimi ölkəmizə ilk dəfə səfər etdiyini qeyd edən Jofrua Ru de Beziö Azərbaycana 60 şirkət rəhbərinin təmsil olunduğu böyük nümayəndə heyəti ilə gəldiyini bildirib. O, iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inkişafı istiqamətləri barədə fikirlərini bölüşərək Fransanın ölkəmizlə əlaqələrin inkişafına önəm verdiyini, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinin Fransa şirkətləri üçün geniş imkanlar açdığını qeyd edərək deyib: "Fransa şirkətləri Azərbaycan üçün vacib olan istiqamətləri öyrənmək, bütün iqtisadi potensialından istifadə etmələri üçün Azərbaycanda aparılan islahatlarla və inkişaf prosesləri ilə yaxından tanış olmaq niyyətindədir. Bu səfər çərçivəsində biz, həmçinin Prezident İlham Əliyevlə görüşdük. Cənab Prezident bizim müxtəlif sahələrə aid suallarımızı yüksək alicənablıqla cavablandırdı. Görüşdə kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş avtomobil yolları, rəqəmsal texnologiyalar ilə bağlı müxtəlif məsələləri müzakirə etdik”.

Sonra Maliyyə naziri Samir Şərifov fransız iş adamlarını maraqlandıran sualları cavablandırıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM