Alternative content

22:59 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmək və Əhalinin Sosial Müdafiəsi naziri CEO Lunch Baku-nun fəxri qonağı olub
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri CEO Lunch Baku-nun fəxri qonağı olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:57 10.07.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Caspian European Club tərəfindən təşkil olunmuş CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib.

Təşkilat Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya çöbəsindən AZƏRTAC-a verilən məlumata görə, "Hyatt Regency Baku” otelində keçirilən, 50-yə yaxın şirkətin 85 nümayəndəsinin iştirak etdiyi tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək münasibətləri, layiqli əməyin təminatı, məşğulluq sahələrində biznes strukturları ilə əməkdaşlığının fəallaşması ilə əlaqədar Caspian European Club-un üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunub.

Caspian European Club-ın sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində mühüm islahatların aparıldığını və islahatların Caspian European Club tərəfindən maraqla izlənildiyini deyib. O, CEO Lunch Baku-da fəxri qonağı - nazir Sahil Babayevi görüş iştirakçılarına təqdim edərək tədbirdə iştirakına görə ona təşəkkürünü ifadə edib.

Sonra "AsProf Group” şirkətlər qrupunun, "Mirzayev’s Partners” hüquq şirkətinin və Qala Siğorta şirkətinin təqdimatı olub.

Görüşdə çıxış edən S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkədə innovativ iqtisadiyyatın formalaşdırılması və sahibkarlığın inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, ölkədə aparılan siyasətin ana xəttini vətəndaş amili təşkil etdiyini, bunun bariz nümunəsi olaraq milli iqtisadiyyatın sosialyönümlü olduğunu, iqtisadi islahatlardan əldə olunan gəlirlərin vətəndaş rifahının təminatına istiqamətləndiyini vurğulayıb. Nazir cari ildə dövlət başçısının iki sosial paketinin nəticəsi olaraq, əhalinin rifahı naminə inqilabi addımlar atıldığını deyib. Minimum əmək haqqı məbləğinin iki dəfəyə yaxın artırılaraq 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 200 manata çatdırıldığını, müavinət və təqaüdlərin 100 faizədək, həmçinin dövlət sektoru üzrə əmək haqlarının əhəmiyyətli dərəcədə artırıldığını qeyd edib. Bildirib ki, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahiblənir. Bu il həyata keçirilən iki mühüm sosial islahat paketi 4,2 milyon vətəndaşı əhatə etməklə, nəticə etibarilə ölkədə hər bir ailənin rifahına ciddi dəstəyi təmin etmiş olur. Həmin inqliabi addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılacaq.

Nazir vurğulayıb ki, minimum əmək haqqı artımı özəl sektora, həmin sektorda işçi qüvvəsinin rəqabət qabiliyyətinin güclənməsinə, əmək bazarına müsbət təsirini göstərir, həmçinin əməyin leqallaşdırılması sahəsində əhəmiyyətli rolunu oynayır. Minimum əmək haqqının artımı, eyni zamanda, qeyri-leqal məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi bu ilin altı ayında bu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayının 7,3 faiz və ya 101,66 min müqavilə artmasına imkan verib.

S.Babayev əmək, məşğulluq, sosial təminat sahələrində aparılan islahatları, bu sahələrdə elektron texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron pensiya təyinatına başlanılması, əhaliyə proaktiv xidmətlərin göstərilməsi istiqamətində görülən işləri qeyd edib. O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi, bu ilin mayında açılışı olan DOST Agentliyi və artıq 15 mindən çox vətəndaşın "bir pəncərə” prinsipi ilə şəffaf xidmətlərindən faydalandığı 1 saylı DOST mərkəzi barədə məlumat verib. Nazir "e-sosial” internet portalından, Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindəki altsistemlərdən, o cümlədən, işəgötürənlər üçün də mühüm əhəmiyyət kəsb edən "Məşğulluq” altsistemindən bəhs edib. Prezident İlham Əliyevin bu il iyulun 4-də verdiyi Fərmanla nazirliyin tabeliyində yaradılmasına başlanan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mütərəqqi dünya təcrübəsi əsasında təkmil monitorinq və proqnozlaşdırma sisteminin formalaşmasına imkan verəcəyini diqqətə çatdırıb. Özünüməşğulluq proqramının genişləndirilməsi sahəsində görülən işləri, sosial tərəfdaşlardan ibarət Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətini, sosial dialoqun gücləndirilməsi sahəsində aparılan işləri və işsiz şəxslərin əməkhaqlarının subsidiyalaşdırılması proqramını qeyd edib.

Ölkəmizdə aparılan sosial islahatlara beynəlxalq səviyyədə də yüksək dəyər verildiyini vurğulayan nazir bildirib ki, Azərbaycanın sosial yardım və əlilliyin qiymətləndirilməsi üzrə e-sistemləri, ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər, icra olunan özünüməşğulluq proqramı Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatları, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi isə Beynəlxalq Telekommunikasiya İttifaqının "Çempion layihə” mükafatı ilə təltif edilib.

Nazir müvafiq fəaliyyət sahələrində aparılan islahatlarda, xüsusən qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, iş yerlərində əmək qanunvericiliyinin tətbiqi, işçi hüquqlarının təminatı sahələrində görülən işlərdə sahibkarlarla, biznes strukturları ilə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulaylıb.

S.Babayev Caspian European Club-un üzv şirkətlərinin suallarını cavablandırıb. Görüşdə qeyri-rəsmi şəraitdə biznes nümayəndələrini maraqlandıran müxtəlif mövzular müzakirə olunub.

Görüşdə S.Babayevə Fəxri Klub üzvlüyü sertifikatı təqdim edilib. Həmçinin Caspian European Club-a yeni üzv olan şirkətlərə və üzvlüyünü davam etdirən şirkətlərə Klub üzvlüyü sertifikatları təqdim edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM