Alternative content

07:40 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb
ANA SƏHİFƏ / Elm və texnika
15:47 10.07.2019


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Vikipediya”da "Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb.
Bu barədə MEK-dən məlumat verilib.
Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş "Veysəloğlu” Şirkətlər Qrupunun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn "Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmində baş rolu Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev ifa edib.
Filmdə bir insanın taleyində cümhuriyyət dövrünün oynadığı rol təsvir olunub. Burada Azərbaycan kinosunda ilk dəfə olaraq rəngkarlıq nümunələrinin canlanmasından istifadə edilib. Şəkillər vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə etdiyi uğurlar təsvir edilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilib.
Filmin vizual mətninin əsas məqsədi bu tarixin tamaşaçıya daha sadə və yığcam dillə çatdırılmasıdır.
İki ildə dövlət quruculuğu prosesinin bir çox sahələrə uğurla şaxələnməsi, hüquq-mühafizə, məhkəmə, bank, poçt-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlər filmdə xüsusi olaraq vurğulanır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM