Alternative content

03:47 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayıb
Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:55 10.07.2019

Şamaxıda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sayca 14-cü "Kiçik və Orta Biznesin Dostu” - "KOB Dostu” fəaliyyətə başlayıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bununla bağlı Şamaxıda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə qurumun idarə heyətinin sədri Orxan Məmmədov dövlətimizin başçısının "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, kiçik və orta biznesin inkişafı, KOB-lara göstərilən dəstək tədbirləri, eləcə də agentliyin fəaliyyəti barədə məlumat verib. Vurğulayıb ki, "KOB Dostu” mexanizmi agentliyin kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndir və ötən ilin sentyabrından etibarən tətbiq olunur. Şamaxı rayonu da daxil olmaqla artıq KOB dostları ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərir.

KOB dostları mikro, kiçik və orta sahibkarların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafı, KOB-ların hüquqlarının müdafiəsi kimi istiqamətlərdə sahibkarlara informasiya, məsləhət, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə, təlim-tədris və digər xidmətlər göstərir.

Ölkənin kənd təsərrüfatı və turizm rayonlarından olan Şamaxının kiçik və orta biznesin inkişafı baxımından böyük potensiala malik olduğunu qeyd edən O.Məmmədov bu iqtisadi potensialın yeni KOB-ların yaradılması və inkişafı üçün KOB dostları vasitəsilə reallaşdırılacağını bildirib.

Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları "KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən KOBİA rəhbəri ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyət göstərəcəyini deyib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkə başçısının uğurlu sosial-iqtisadi siyasəti nəticəsində regionların inkişaf etdiyini, bölgələrdə bütün sahələrin, o cümlədən sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli imkanların yaradıldığını bildirib. Qeyd edib ki, Dağlıq Şirvan iqtisadi rayonu üzrə Şamaxıda fəaliyyətə başlayan ilk "KOB Dostu” sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün faydalı olacaq.

Sonra "KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir iştirakçıları, həmçinin Şamaxıda yerləşən Heydər Əliyev Mərkəzində "KOB Dostu” ofisi ilə tanış olublar. "KOB Dostu” ofisində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Burada "KOB könüllüləri” də fəaliyyət göstərir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM