Alternative content

03:48 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu il iyulda qeydə alınan temperatur göstəriciləri iqlim normasına yaxındır
Bu il iyulda qeydə alınan temperatur göstəriciləri iqlim normasına yaxındır
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:47 10.07.2019

İyulun birinci ongünlüyü demək olar ki, qeyri-sabit keçir, keçən illərlə müqayisədə yağmurlu günlərin sayı da bir qədər çoxdur. Əgər keçən il iyulda rekord temperatur göstəriciləri qeydə alınırdısa, bu il temperatur iqlim normasına yaxındır.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

"İyulun 9-u günün ikinci yarısından 10-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Dağlıq ərazilərə xırda dənəli dolu düşüb.

Xınalıq, Qrızda 35, Girdimançayda 29.4, İsmayıllıda 21, Qəbələdə 20, Tərtərdə 19, Kişçayda (Şəki) 16, Qusarda 12, Bərdədə 10, İvanovka, Quba, Şahdağda 9.0, Xaltan, Ağdamda 7, Gədəbəydə 6, Zərdab, Ordubadda 4, Cəfərxan, Mərəzədə 3, Ağsu, Sarıbaş (Qax), Göygöldə 2, Ağdərədə (Ordubad), Oğuz, Zaqatala, Şəki, Xaçmaz, Yevlax, Göyçay, İmişli, Sabirabad, Hacıqabul, Biləsuvar, Daşkəsəndə 1 millimetrədək yağıntı düşüb.

Bu gün ərzində ölkənin ayrı-ayrı rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim və arabir güclənən qərb küləyi əsəcək. Əksər Mərkəzi Aran rayonlarında havanın minimal temperaturu 20-25°, maksimal temperaturu isə 32-37° təşkil edəcək. Dağlıq rayonlarda gecə 11-16°, gündüz isə 19-24° isti olacaq.

Avropanın şimalından daxil olan və bu mövsüm üçün nisbətən sərin hava kütlələri və atmosfer cəbhələri havanın qeyri-sabitliyini müəyyən edəcək.

Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Arabir güclənən şimal-qərb və şimal küləklərinin axşam saatlarında zəifləyəcəyi gözlənilir. Havanın temperaturu 30-35° olacaq ki, bu da bu ayın iqlim normasına yaxındır”, - deyə U.Tağıyeva diqqətə çatdırıb.

Departamentin direktoru qeyd edib ki, iyulun 11-dən başlayaraq iyulun 12-si günün birinci yarısınadək atmosfer təzyiqi 755 millimetr civə sütunundan 750 millimetr civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM