Alternative content

21:50 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “La Vanguardia”: Donald Tusk Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün Aİ tərəfindən dəstəkləndiyini təsdiq edib
“La Vanguardia”: Donald Tusk Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün Aİ tərəfindən dəstəkləndiyini təsdiq edib
ANA SƏHİFƏ / SİYASƏT
12:34 10.07.2019

İspaniyada ən qədim mətbu orqan olan "La Vanguardia” qəzetində "Tusk Azərbaycanı və Ermənistanı sülh şəraitini bərpa etməyə çağırır” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıda Azərbaycana və Ermənistana müraciətlə iki ölkə arasında səmərəli dialoqa və Dağlıq Qarabağda münaqişənin dinc yolla tənzimlənməsinə imkan verən şərait yaratmağa çağırması qeyd olunur.

Qəzet yazır: "Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün Aİ tərəfindən dəstəkləndiyini təsdiq edən D.Tusk bildirib ki, o, münaqişə ilə bağlı gərginliyin azalmasını qiymətləndirir, lakin o, etiraf edib ki, bu yaxınlarda qoşunların təmas xəttində əsgərlərin həlak olması 28 ölkənin nümayəndələrini narahat edib”.

Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, "bu münaqişə Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında nizamlanmalıdır”, status-kvo qəbuledilməzdir və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmasını nəzərdə tutan dəyişiklik baş verməlidir. Azərbaycanın dövlət başçısı deyib: "Azərbaycanın səyləri münaqişənin ən qısa müddətdə nizamlanmasına yönəlib”. Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, bir milyon insanın qaçqın vəziyyətinə düşməsinə gətirib çıxarmış münaqişənin hələ də nizamlanmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir.

Məqalədə bildirilir ki, münaqişə tərəfləri arasında müxtəlif səviyyələrdə əlaqələr fəallaşıb.

İspan qəzeti oxuculara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək qeyd edir ki, Ermənistan qüvvələri Qarabağı öz nəzarəti altına alıb, Azərbaycanın geniş ərazilərini Ermənistanla birləşdirmək məqsədilə "təhlükəsizlik zolağı” adı ilə işğal edib. Yerevan israr edir ki, separatçı anklavın nümayəndələrinin danışıqlar prosesinə cəlb edilməsi zəruridir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM