Alternative content

01:46 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müasir dövlətçiliyimiz Heydər Əliyev ideyalarından ilham alır
Müasir dövlətçiliyimiz Heydər Əliyev ideyalarından ilham alır
ANA SƏHİFƏ / SİYASƏT
09:52 10.07.2019

Hər bir xalqın tarixən formalaşmış dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Tarix göstərir ki, daxilən güclü, vətənpərvər və xarizmatik lideri olmayan xalqın yaranmış real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması mümkün deyil. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində, davamlı və sabit tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirlər.

XX əsrdə xalqımızın yetirdiyi Ulu Öndər Heydər Əliyev də belə şəxsiyyətlərdən olub. Dahi rəhbər müasir Azərbaycanın ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq praktik surətdə gerçəkləşdirmiş böyük strateq kimi xalqımızın əbədi və tükənməz sevgisini qazanmışdır. Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətləri 1969-cu il iyul ayının 14-dən başlayır. Həmin tarixdən isə 50 il ötür. Bu dövrü nəzərdən keçirəndə görürük ki, xalqımızın zəngin ömür yolunun və fəaliyyətinin hər mərhələsi son əlli illik Azərbaycan tarixinin mərhələləri ilə üst-üstə düşür. Ona görə də müasir dövlətçiliyimizi və tariximizi, onun inkişaf yollarını Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil.

1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçiləndə ölkə ittifaq miqyasında çox geridə qalmışdı. İqtisadiyyatda, kənd təsərrüfatında vəziyyət ürəkaçan deyildi. Lakin Heydər Əliyevin işgüzarlığı, təşəbbüs və tələbkarlığı ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda müsbətə doğru dönüş başlandı. Xüsusilə qeyd edilməlidir ki, Heydər Əliyevin yüksək təşkilatçılıq bacarığı, yorulmaz fəaliyyəti sayəsində iqtisadiyyatın bütün sahələrində vüsətli dəyişikliklər baş verdi və ölkəmiz Rusiyadan sonra ittifaq büdcəsindən dotasiya almadan yaşayan iki respublikadan birinə çevrildi. Həmin dövrdə Azərbaycanda yaradılan güclü iqtisadi potensial bu gün də müstəqil ölkəmizə xidmət edir. Çünki uzaqgörən, müdrik şəxsiyyət Heydər Əliyev çox gözəl başa düşürdü ki, hər bir millətin siyasi müstəqilliyini şərtləndirən əsas amil onun iqtisadi azadlığıdır. Bu baxımdan Azərbaycanın dünya iqtisadiyyatına indiki dərin inteqrasiyası prosesinin hələ 1970-ci illərdə təməli qoyulmuş potensiala əsaslandığını deyən tədqiqatçıların fikri ilə razılaşmamaq mümkün deyil.

Heydər Əliyevin sayəsində xalqımızın mənəvi dəyərlərinin qorunmasına xidmət edən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi. Bu baxımdan Ulu Öndərin sovet hakimiyyəti dövründə Azərbaycana rəhbərliyini ölkəmizə milli-mənəvi yüksəliş mərhələsi kimi də xarakterizə etmək olar. Həmin illərdə Azərbaycan xalqı özünə inamını bərpa etdi, yad mədəniyyətlərin təsirindən xilas oldu. Xalqın milli-mənəvi və mədəni dəyərləri özümüzə qaytarıldı. O zamanlar milli düşüncə sahibi olduqlarına görə təqib edilən ziyalıları ən çətin məqamlarda müdafiə etməyi qanı, canı, ruhu ilə milli köklərə bağlı olan Heydər Əliyev bacara bilərdi.

Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı”.

Böyük şəxsiyyətləri tarix, zaman özü yetişdirir. Onlar öz əməlləri ilə tarixi yaradır, zənginləşdirir və dəyişdirirlər. Heydər Əliyevin 1993-cü ildə həyata keçirdiyi xilaskarlıq missiyası da bu deyilənləri təsdiq edir. Hələ sovet hakimiyyəti dövründə Azərbaycanı tənəzzüldən inkişaf yoluna çıxaran Heydər Əliyev müstəqilliyimizin kövrək olduğu 1993-cü ildə də tarixin gedişini dəyişdi. Öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və dəyanəti ilə müstəqilliyimizi qorudu. Ulu Öndərin bilavasitə rəhbərliyi altında, qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları yaradıldı. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti odur ki, o, ən kəskin geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlətçiliyini qorudu, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Bu gün xalqımızın bəhrəsini gördüyü uğurlu neft strategiyasının müəllifi də Heydər Əliyevdir. Eyni zamanda Heydər Əliyev hər bir sahə üzrə islahatın təməlini qoydu. Böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı. Hüquqi dövlət quruculuğu həyata keçirildi. Postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda effektli aqrar islahatlar aparıldı. Beləliklə, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı indi uğurları ilə qürur duyduğumuz Azərbaycan dövlətinin yaranması ilə nəticələndi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin parlaq səhifələri yazılır. Heydər Əliyevin strateji inkişaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin uğurları çağdaş Azərbaycanın şanlı tarixinə çevrilir. Cəmiyyət dinamik inkişaf edir, müasir dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə dəyişikliklər həyata keçirilir. İnsanların təfəkkür, düşüncə tərzi hazırkı dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir.

Başqa sözlə, dövlətimizin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün uğurla davam etdirilir. Ulu Öndər 16 ildir ki, haqq dünyasına qovuşub. Lakin onun ideyaları yaşayır, xalqımızı yeni-yeni qələbələrə, daha yüksək zirvələrə aparmaqda davam edir. Biz Ulu Öndərin Azərbaycanda siyasi rəhbərliyə başlamasının 50-ci ilini dövlətçilik tariximizin parlaq səhifələrini təşkil edən möhtəşəm nailiyyətlərlə qeyd edirik. Bəli, bu gün Azərbaycan bölgənin lideri, kosmik klubun üzvü, beynəlxalq enerji təhlükəsizliyində aparıcı dövlət, dünyada söz sahibidir. Əminik ki, yaşadığımız XXI əsrdə Azərbaycan bu yolla inamla irəliləyəcək, Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, güclənəcək və nailiyyətlərinin miqyasını artıracaqdır.

Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı