Alternative content

20:01 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı jurnalistlər Tbilisidən medalla qayıdıblar
Azərbaycanlı jurnalistlər Tbilisidən medalla qayıdıblar
ANA SƏHİFƏ / İDMAN
00:24 10.07.2019


İyulun 6-da Gürcüstanın paytaxtı Tbilisidə idman jurnalistləri arasında beynəlxalq futbol turniri keçirilib. Əfsanəvi idman şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr olunan yarışda 6 ölkənin jurnalistləri mübarizə aparıb. Gürcüstan, Türkiyə, Ukrayna, Litva və Ermənistanın yarışdığı turnirdə komandamız uğurla çıxış edərək 10 xalla 3-cü yeri tutaraq bürünc medala və xüsusi kuboka layiq görülüb. Ukrayna 13 xalla 1-ci, Gürcüstan 11 xalla 2-ci yeri tutub.

Qəzetimizin əməkdaşı Elçin Cəfərovun da yer aldığı Azərbaycan yığmasının heyətində Elnur Əşrəfoğlu, Gündüz Abbaszadə, Sərxan Mustafayev, Şəmsəddin Abbasov və digər tanınmış jurnalistlər olub. Azərbaycanlı jurnalistlər ilk turda ukraynalı həmkarlarına uduzsalar da, ardıcıl olaraq Türkiyə (7:0), Litva (2:0) və Gürcüstan (1:0) komandaları üzərində qələbə qazanıblar. Komandamızın kapitanı Gündüz Abbaszadə turnirin ən yaxşı hücumçusu mükafatına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan-Ermənistan matçı keçirilməyib və hər iki tərəfə bir xal verilib.

Bir maraqlı məqamı da vurğulayaq ki, turnirin qalibi Ukrayna komandası isə gümüş medal qazanan Gürcüstan yığmasına məğlub olduğu üçün ümidini Azərbaycanın meydan sahiblərinə qalib gəlməsinə bağlamışdı. Ona görə də turnirin ən böyük maraq doğuran Gürcüstan-Azərbaycan qarşılaşması baş mükafatın müəyyən edilməsi baxımından həlledici idi. Komandamızın bu oyunda qalib gəlməsi Ukraynanın 1-ci, Gürcüstanın 2-ci və Azərbaycanın 3-cü yeri tutması ilə nəticələndi. Təsadüfi deyil ki, Azərbaycan jurnalistlərinin bu oyunda qələbəsinə ən çox sevinən Ukrayna tərəfi oldu. Buna görə də ukraynalılar mükafatlandırma mərasimində Azərbaycana təşəkkür etməyi də unutmadılar.

Azərbaycanlı jurnalistlərdən ibarət komandanın kapitanı Gündüz Abbaszadə bildirib ki, turnir müxtəlif ölkələrdən idman jurnalistlərinin bir-birlərini yaxından tanıması baxımından əhəmiyyət kəsb edirdi: "Qonaqpərvərliyə görə gürcüstanlı həmkarlarımıza təşəkkür edirik. Qarşılaşmalara gəlincə isə tamaşaçılar bir-birindən maraqlı mübarizələrin şahidi oldular. Yekunda 3-cü yerlə kifayətlənsək də, dostluq qazandıq”.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM