09 Iyul 2019 19:33
564
İQTİSADİYYAT
A- A+

Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşlara müraciət edib


Mənzil İnşaatı Dövlət Agentliyi iyulun 12-də mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib.

Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, mənzillərin əldə edilməsi "Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) "Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.

İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (www.e-imza.az) və ya "ASAN İmza” (www.asanimza.az) vasitəsilə "Güzəştli mənzil" sisteminə daxil olmaları tövsiyə olunur. Bu, onlara elektron imza və ya "ASAN İmza”nın işlək vəziyyətdə olub-olmamasını, həmçinin onlayn imzalayıcı proqramının kompüterə yüklənməsini öncədən müəyyən etməyə imkan yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video