Alternative content

23:33 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan Dəmir Yolları” QSC: Hadisə yerində yanğın baş verməyib
“Azərbaycan Dəmir Yolları” QSC: Hadisə yerində yanğın baş verməyib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:28 09.07.2019

"Azərbaycan Dəmir Yolları” QSC dünən gecə Padar-Sığırlı mənzilində baş verən hadisə ilə bağlı açıqlama yayıb.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində dəmir yolunun Padar-Sığırlı mənzilində dünən gecə baş verən hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, guya hadisə yerində yanğın baş verib, sərnişinlər arasında ajiotaj yaranıb.

"Yayılan informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir. Belə ki, iyulun 8-də saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində 38 saylı Bakı-Tbilisi sərnişin qatarı hərəkətdə olarkən, elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyanqəbuledicisi zədələnib, kontakt naqilində qopmalar baş verib. Təcili olaraq bərpa işlərinə başlanılıb, elektrovozun cərəyanqəbuledicisi və kontakt naqili müvafiq qaydaya gətirildikdən sonra, qatar iyunun 9-da gecə saat 02:10-da təyinatı üzrə yola salınıb.

Hadisə nəticəsində heç bir yanğın baş verməyib, xəsarət alan olmayıb, texniki qurğularda baş vermiş nasazlıqlardan başqa digər hallara yol verilməyib. Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb. Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir”, - deyə QSC-nin məlumatında qeyd olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM