Alternative content

01:47 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Albaniyada etiraz aksiyaları yenidən başlamışdır
Albaniyada etiraz aksiyaları yenidən başlamışdır
ANA SƏHİFƏ / DÜNYA
17:01 09.07.2019


Albaniyada hökumət əleyhinə etiraz aksiyaları yenidən başlamışdır. Demokratlar Partiyasının başçılıq etdiyi müxalifətin çağırışı ilə paytaxt Tirananın küçələrinə minlərlə adam çıxmışdır. Onlar sosialistlər hökumətini və Baş nazir Eddi Ramanı korrupsiyada və mütəşəkkil cinayətkarlıqla əlaqədə ittiham edirlər. Bu barədə "Euronews” telekanalı xəbər verir.

Bundan əvvəl müxalifət ötən ayın 30-na təyin olunmuş yerli hakimiyyət orqanlarına seçkiləri boykot etmişdi.

Albaniya müxalifəti fevral ayının ortalarından hakim sosialistləri seçkilərin nəticələrini saxtalaşdırdığını bildirib parlamentdəki deputat yerlərindən imtina etdikdən sonra hökumət əleyhinə aksiyalar keçirir. Etirazçılar yenidən səsvermə keçirilməsini və 2013-cü ildən Baş nazir vəzifəsini tutan Eddi Ramanın istefasını tələb edirlər.