Alternative content

01:45 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hindistanda minlərlə adam daşqın zonasında qalıb
Hindistanda minlərlə adam daşqın zonasında qalıb
ANA SƏHİFƏ / DÜNYA
17:00 09.07.2019


Hindistanın şimal-şərqində yerləşən Assam ştatında iki gün davam edən leysan yağışlarından sonra 13 min nəfərə yaxın sakin daşqın zonasında qalmışdır. Bu barədə TASS agentliyi xəbər verir.

Məlumata görə, təbii fəlakətdən ən çox Corhat rayonu zərər çəkmişdir. Orada 6 mindən çox adam daşqın zonasında qalıb. Öz evlərini tərk edən sakinlər üçün yerli hakimiyyət orqanları müvəqqəti sığınacaq düşərgələri təşkil edir.

Sinoptiklərin proqnozlarına görə, leysan yağışları davam edə bilər. Hazırda regionun ən iri çayı Brahmaputrada suyun səviyyəsi təhlükəli həddə çatmışdır.