Alternative content

23:32 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmiz Ümumdünya İrs Komitəsinin işçi qrupuna da rəhbərlik edib
Ölkəmiz Ümumdünya İrs Komitəsinin işçi qrupuna da rəhbərlik edib
ANA SƏHİFƏ / Mədəniyyət
16:39 09.07.2019

İyunun 30-da Bakıda öz işinə başlayan və Azərbaycan Respublikasının sədrlik etdiyi UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.

AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində ölkəmiz həmçinin komitənin xüsusi işçi qrupuna (Ad Hoc) da rəhbərlik edib.

Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəliyinin ikinci katibi Rəşad Baratlının rəhbəri olduğu işçi qrupda 33 ölkə, UNESKO-nun Dünya İrs Mərkəzi və məşvərət qurumlarının nümayəndələri təmsil olunub. İşçi qrupun gündəliyində nominasiya prosesində islahatlar və əlavə məşvərət xidmətlərinin müzakirəsi məsələləri öz əksini tapıb.

Aparılan müzakirələrin nəticələri Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına təqdim edilib. Sessiya zamanı nominasiya prosesinin islahatı ilə bağlı önəmli qərarlar qəbul olunub. Bununla əlaqədar olaraq Ümumdünya İrs Komitəsinin üzvləri Azərbaycan Respublikasına təşəkkürlərini bildiriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM