Alternative content

23:18 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əfqanıstanda aviasiya zərbəsi nəticəsində bir ailənin yeddi üzvü həlak olub
Əfqanıstanda aviasiya zərbəsi nəticəsində bir ailənin yeddi üzvü həlak olub
ANA SƏHİFƏ / DÜNYA
15:45 09.07.2019

Əfqanıstanda "Taliban” hərəkatının sığınacağına endirilən aviasiya zərbəsi bir ailənin yeddi üzvünün, o cümlədən qadınlar və uşaqların həlak olması ilə nəticələnib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, insident iyulun 8-də axşam saatlarında Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətinin Puli-Humri şəhəri yaxınlığında qeydə alınıb.

Əyalət şurasının nümayəndəsi Şəmsül Haqq Bərikzayın sözlərinə görə, hədəf "Taliban” hərəkatının sığınacağı olsa da, hava hücumu səhvən yaşayış binasına tuş gəlib. Hücumun Əfqanıstan Hərbi Hava Qüvvələri və ya NATO aviasiyası tərəfindən həyata keçirildiyi barədə məlumat verilmir.

Əfqanıstanda uzun illərdir ki, hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən "Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə ərazisində birgə əməliyyatlar keçirirlər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM