09 Iyul 2019 15:12
818
Mədəniyyət
A- A+

Tian Sue Jun: Çin Dünya İrs Komitəsinin 44-cü sessiyasında Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir


Azərbaycan bu cür beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi ilə bağlı böyük təcrübəyə malikdir. Sessiya müddətində biz bunun bir daha şahidi olduq. Çində keçiriləcək Dünya İrs Komitəsinin 44-cü sessiyasında ölkənizin bu təcrübəsindən yararlanmaq niyyətindəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin təhsil nazirinin müavini, bu ölkənin UNESKO üzrə Milli Komissiyasının rəhbər Tian Sue Jun söyləyib.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin növbəti sessiyasına ölkəsinin sədrlik edəcəyini söyləyən Tian Sue Jun deyib: "Azərbaycan hökumətinə, xüsusən də Mədəniyyət Nazirliyinə bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə təşəkkür edirəm. Eləcə də ölkənizin Şəki ilə bağlı nominasiyasının Dünya İrs Siyahısına salınması münasibətilə xalqınızı təbrik edirəm. Bu, ölkənizin böyük uğurudur, tarixi mədəni irs nümunələrinizin təbliği və tanıdılması baxımından əhəmiyyətlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video