09 Iyul 2019 13:05
449
SİYASƏT
A- A+

Qırğızıstanın “Kabar” agentliyi Azərbaycan diplomatiyasının 100 illiyi ilə bağlı məqalə yayıb


Qırğızıstanın "Kabar” Milli İnformasiya agentliyi ölkəmizin Qırğızıstandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan diplomatiyasının 100 illiyi ilə bağlı məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə diplomatik xidmət orqanlarının 100 illiyinin respublikada və digər dövlətlərdə qeyd olunduğu bildirilir. Həmçinin Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, Şirvanşahlar, Atabəylər, Səfəvilər, Ağqoyunlu, Qaraqoyunlu dövlətləri haqqında məlumat verilir.

Materialda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında da ətraflı söhbət açılır, bu demokratik respublikanın qısa müddət ərzində gördüyü işlər təhlil edilir. Yazıda Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğu diqqətə çatdırılır. Cəmi 23 ay ərzində ordu quruculuğu, digər dövlətlərlə əlaqələrin qurulması, Bakıda xarici dövlətlərin səfirliklərinin açılması, qadınlara səsvermə hüququnun verilməsi və digər sahələrdə əldə olunan nailiyyətlərdən danışılır.

Yazıda bildirilir ki, regionda siyasi vəziyyət gərginləşdiyindən 1920-ci il aprelin 28-də rus qoşunları Bakıya daxil olub və bununla da Azərbaycan Xalq Cümhuriyyəti süqut edib.

Məqalədə 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtması, dövlət quruculuğu sahəsində əldə olunan uğurlar, "Əsrin müqaviləsi”nin imzalanması, ölkənin demokratik inkişaf yolu tutması haqqında da məlumat verilir. Bildirilir ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video