09 Iyul 2019 12:39
831
Mədəniyyət
A- A+

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi xalqımızın daha bir uğurudur


Bu günlərdə Şəkinin "Yuxarı Baş” tarixi mərkəzinin Xan Sarayı ilə birlikdə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, hər zaman abidələrimizin qorunmasına xüsusi diqqət ayıran Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, eləcə də xalqımızın daha bir uğurudur. Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş üçüncü abidəsi olan Şəki qoruğu artıq bəşəriyyətə məxsus olmaqla ölkəmizin tarixini, mədəniyyətini dünyaya tanıtmış olacaq və onun qorunması UNESKO tərəfindən daim nəzarətdə saxlanılacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva bildirib.

O qeyd edib ki, Azərbaycanın tarixi şəhərlərindən olan Şəki abidələrinin zənginliyi nəzərə alınmaqla, onun tarixi mərkəzi 1967-ci ildən etibarən Azərbaycan Respublikası Nazirlər Soveti tərəfindən "Yuxarı Baş” Tarixi-Memarlıq Qoruğu elan olunub. Qoruğun ərazisi özündə Şəki Xan Sarayını, dini və mülki tikililəri cəmləyir. Şəki Xan Sarayı və Şəki xanlarının evi öz unikal memarlıq və dekorativ tərtibatı, Qurcana çayı boyu uzanan tarixi ticarət-sənətkarlıq küçəsindəki bu gün funksiyasını dəyişərək otel kimi istifadə olunan Yuxarı və Aşağı karvansaraları, dairəvi məbədi, qala divarları, Cümə məscidi, Ömər Əfəndi məscidi, orta əsr memarlıq incilərindən olan mülki tikililər-Ağvanlar, Dərə və Qum hamamları, çayın üzərində qurulmuş tağlı körpüləri ilə orta əsrlərdən bəri səyahətçilərin, coğrafiyaşünasların, bu gün isə turistlərin diqqətini cəlb edir. Qoruğun ərazisindəki Xan Sarayı və bir sıra abidələrdə gələcəkdə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub. Ümidvarıq ki, Azərbaycanın bir sıra unikal abidələri də gələcəkdə dövlətimizin qayğısı sayəsində UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video