09 Iyul 2019 12:03
682
CƏMİYYƏT
A- A+

Masallıda baş verən ağır yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib


İyulun 9-da səhər saatlarında Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza nəticəsində Tağıyev Əlizahir Atalı oğlu (2002), Rzayev Əsgər Hikmət oğlu (1983), Rzayev Hikmət Əsgər oğlu (2002), Rzayev Azər Hikmət oğlu (2008), Rufullayev Ayxan Natiq oğlu (2016), Məmmədov Gültac Ələkbər oğlu (1996), Məmmədova Aytac Ələkbər qızı (1995), Məmmədov Elgün Ələkbər oğlu (1997) həlak olub, Rzayeva Ruhiyyə Əkbər qızı (1985) və Tağıyeva Miranə Atalı qızı (1995) isə yaralanıb.

Yaralılar Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan biri reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır. Digər yaralıya isə ambulator müalicə göstərilib.

Xatırladaq ki, hadisə "Mercedes Vito" markalı mikroavtobusun "KAMAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində baş verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video