09 Iyul 2019 12:01
521
SİYASƏT
A- A+

“Əl Bəyan Əl-Yaum” qəzeti: Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib


Mərakeşin "Əl Bəyan Əl-Yaum” qəzetində Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müəllifi olduğu "Azərbaycan diplomatiyasının 100 illik yubileyi” başlıqlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunduğu diqqətə çatdırılır. Yazıda Xarici İşlər Nazirliyinin yaranma tarixi, inkişaf mərhələləri, habelə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk Xarici İşlər naziri Məhəmmədhəsən Hacınskinın həyatı barədə məlumat verilib. Qeyd olunur ki, bu gün Azərbaycanın xarici siyasəti çox çevikdir və dinamikdir. Ümummilli lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoydu, ölkəmizin davamlı sosial-iqtisadi inkişafı təmin edildi. Azərbaycanın yeri və rolu nəzərə alınmadan regionda hər hansı iri layihəni həyata keçirmək mümkün deyil.

Məqalədə Azərbaycanın xarici siyasətinin uğurları barədə bəhs edilərək, ölkəmizin 2006-cı ildə BMT-nin İnsan Hüquqları Şurasının, 2012-2013-cü illər üzrə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçildiyi, İslam Əməkdaşlıq Təşkilatı, habelə Qoşulmama Hərəkatı çərçivəsində vacib rolu qeyd olunur.

Müəllif, həmçinin vurğulayır ki, Ermənistanın ölkəmizə qarşı təcavüzü və nəticədə Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğalı və bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin salınması Azərbaycanın ən çətin, ən ağrılı problemidir. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasət həyata keçirir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.

Həmçinin yazıda 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra ölkəmizin qoşulduğu beynəlxalq təşkilatlar və əhəmiyyətli beynəlxalq müqavilələr, konvensiyalar barədə məlumat verilir.

Müəllifi hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayan ümummilli lider Heydər Əliyevin ölkəmizin müasir tarixində misilsiz roluna xüsusi diqqət ayırıb. Bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün vacib rol oynayan neft strategiyası genişləndirilib, ölkənin infrastrukturu yenidən qurulub və bərpa edilib.

Məqalədə müasir dünyada qadınların sosial-siyasi həyatda oynadıqları rol, ictimai fəallıqları xüsusi qeyd olunaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti barədə məlumat verilir. Bu fəaliyyətin beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirildiyi ifadə olunur. Mehriban xanım Əliyevanın UNESKO və ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyü vurğulanır.

"Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi-iqtisadi kurs özünü doğruldub. Bu gün həmin strateji istiqamət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan yeni dövrə qədəm qoyaraq özünün siyasi, iqtisadi müstəqilliyini qoruyub saxlamağa müvəffəq olaraq, son illər ərzində bütün sahələrdə böyük tərəqqi baş verib, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib”, - deyə müəllif vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video