09 Iyul 2019 02:57
439
SİYASƏT
A- A+

Lüksemburqda ATƏT Parlament Assambleyasının illik sessiyası işini başa çatdırıb


Lüksemburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası işini başa çatdırıb. Sessiyada Şimali Amerika, Avropa və Asiya ölkələrindən 300-ə yaxın parlamentari iştirak edirdi.

AZƏRTAC-ın xəbər verdiyi kimi, sessiyada Azərbaycan Respublikasını Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova başda olmaqla ölkəmizin qanunverici orqanının nümayəndə heyəti təmsil edirdi.

Budəfəki illik sessiya "Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusuna həsr edilmişdi.

Azərbaycan nümayəndə heyətinin uğurlu işi və çıxışlarda inandırıcı dəlillər gətirməsi nəticəsində Ermənistan nümayəndə heyəti tərəfindən təklif edilən və ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ATƏT PA tərəfindən qeyd-şərtsiz dəstəklənən ölkələr sırasından Azərbaycanı çıxarmaq məqsədi güdən düzəlişlər rədd edildi. Dörd dövlətin hamısının - Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın adları birgə çəkildi və bu ölkələrin ərazi bütövlüyü "paket şəklində”, ikili standartlar tətbiq edilmədən dəstəkləndi.

Parlament Assambleyasının işinin yekunlarına əsasən Lüksemburq Bəyannaməsi qəbul edildi. Sənəddə Azərbaycanın mövqeyi öz əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video