Alternative content

11:02 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oğuzda “Gənc liderlər” yay məktəbi təşkil edilib
Oğuzda “Gənc liderlər” yay məktəbi təşkil edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:56 09.07.2019


Yeni Azərbaycan Partiyası (YAP) gənc siyasətçilər üçün Oğuz rayonunda "Gənc liderlər” yay məktəbi təşkil edib.

Beş gün davam edəcək yay məktəbi zamanı təlimlər, seminarlar və informativ sessiyalar keçiriləcək, idman yarışları, əyləncəli oyunlar təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, iyulun 8-də Oğuz şəhərindəki "AFRA” hotelinin konfrans zalında yay məktəbinin açılış mərasimi olub.

Mərasimdə YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov çıxış edərək davamlı olaraq keçirilən yay məktəblərinin əsas məqsədinin gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsini, müxtəlif proqramların öyrənilməsini təmin etmək olduğunu bildirib. Diqqətə çatdırılıb ki, bu il "Yay məktəbləri”ndə min nəfərədək fəal gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya bariz nümunədir.

Siyavuş Novruzov ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. Məhz Ulu Öndərin təşəbbüsləri və qəbul etdiyi qərarlar əsasında cəmiyyətimizdə gənc nəslin inkişafı üçün əməli addımlar atılıb, gənclərin yüksək təhsil alması, dövlət idarəçiliyində təmsilçiliyi, bütövlükdə, cəmiyyətdə layiqli yer tutması üçün lazımi tədbirlər həyata keçirilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Qeyd edilib ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.

YAP icra katibinin müavini gənclərə sosial şəbəkələrdə daha fəal olmağı tövsiyə edib.

Mərasimdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatları Kamilə Əliyeva, Rauf Əliyev çıxış edərək ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, tövsiyələrini bildiriblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM