Alternative content

01:47 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabirabadlı kümçülər 14,2 tondan çox barama tədarük ediblər
Sabirabadlı kümçülər 14,2 tondan çox barama tədarük ediblər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:55 09.07.2019


Son illər dövlətin baramaçılığın inkişafına göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiya sabirabadlı kümçülərin bu sahəyə olan marağını xeyli artırıb. Əgər 2017-ci ildə rayonda 56 baramaçı 5 ton 34 kiloqram barama istehsal etmişdirsə, ötən il 169 ailə barama istehsalı ilə məşğul olub və 14 ton 800 kiloqram məhsul tədarük edilib. Bu mövsüm isə rayonda 500 ailə ipəkqurdu toxumu bəsləyib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 20 ton məhsul istehsalı nəzərdə tutulub. İşi uğurla başa çatdıran kümçülər xeyli vaxtdır ki, bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulu tədarük məntəqəsinə təhvil verirlər. İndiyədək məntəqəyə 14 ton 204,5 kiloqram barama təhvil verilib. Rayonda barama tədarükü davam edir.

Qeyd edək ki, son üç ildə rayonda baramaçılığın inkişafı məqsədilə 82 min tut tingi əkilib.

AZƏRTAC