Alternative content

03:49 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli mədəniyyətimizin daha bir təntənəsi
Milli mədəniyyətimizin daha bir təntənəsi
ANA SƏHİFƏ / Mədəniyyət
02:53 09.07.2019


Azərbaycanın maddi mədəniyyət abidələri UNESKO-nun Ümumdünya İrs Siyahısında böyük yer tutur. Müstəqillik dövrü ərzində İçərişəhər, Qobustan qayaüstü rəsmləri, muğam, Şərur yallısı və başqa maddi-mənəvi irsimizin UNESKO siyahısına daxil edilməsi, ilk növbədə Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olmasının mühüm bir göstəricisidir. Bu il Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alması da böyük mədəniyyət hadisəsidir. Şəki Xan Sarayı memarlıq üslubuna və orijinal naxışlarına görə dünya mədəniyyətinin nadir incilərindən biridir.

Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqı təbrik etməsi ölkəmizdə milli mədəniyyətin inkişafına dövlət səviyyəsində göstərilən böyük qayğını və diqqəti yüksək səviyyədə ifadə edir. Ölkə rəhbərimizin Şəki Xan Sarayı ilə əlaqədar verdiyi yüksək qiymət həm də müstəqil Azərbaycan dövlətinin ölkəmizi dünyaya tanıtmaq istiqamətində apardığı işin daha bir nümunəsidir.

Hesab edirəm ki, bu hadisə həm də Azərbaycan diplomatiyasının böyük uğurudur. Şəki Xan Sarayı kimi nadir mədəniyyət abidəsinin UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alması eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərin qanunauyğun nəticəsidir.

Bütövlükdə bu böyük hadisə Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və milli mədəniyyətimizin dünya miqyasında tanınmasına layiqli töhfədir.

İsa HƏBİBBƏYLİ,

akademik, Milli Məclisin Elm və təhsil komitəsinin sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM