09 Iyul 2019 02:53
673
Mədəniyyət
A- A+

Samira əl-Musa: “Şəkinin Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın böyük uğurudur”


UNESKO-nun Bakı sessiyası yüksək səviyyədə təşkil olunub. Ölkənizin sessiyaya uğurla sədrlik etməsi Ümumdünya İrs Komitəsinin işinə öz töhfəsini verir. Buna görə Azərbaycan hökumətinə təşəkkür edirəm. 

AZƏRTAC xəbər verir ki, bu sözləri Omanın UNESKO-dakı nümayəndəsi Samira əl-Musa söyləyib. Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq buradakı inkişaf proseslərini yüksək qiymətləndirib. O, tədbirin dünya ölkələrinin tarixi və mədəni irsinin təbliği və təşviqi baxımından əhəmiyyətli rol oynadığını söyləyib.

Omanlı nümayəndə sessiya çərçivəsində Qız qalası, Şirvanşahlar sarayında olduğunun və bu tarixi abidələrin onda böyük maraq doğurduğunu deyib.

Qonaq, həmçinin Şəki şəhəri ilə bağlı nominasiyanın Ümumdünya İrs Siyahısına daxil olması münasibətilə xalqımızı təbrik edib. Bildirib ki, bu, Azərbaycanın tarixi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük uğurdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video