Alternative content

23:32 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəkililər Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsini sevinclə qarşılayıblar
Şəkililər Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsini sevinclə qarşılayıblar
ANA SƏHİFƏ / Mədəniyyət
02:51 09.07.2019


Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Şəki ictimaiyyəti, ziyalılar, şəhər sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.

Şəkinin zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından UNESKO-nun bu qərarının əhəmiyyətini yüksək qiymətləndirən şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: "UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycan tərəfindən təqdim edilən nominasiya barədə müsbət qərarın qəbul edilməsi bütün şəkililəri ürəkdən sevindirib. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olması uzun sürən gərgin işin sayəsində mümkün olub. Son illər Prezident İlham Əliyev Şəkinin mədəni irsinin qorunub saxlanmasına dair bir sıra sərəncamlar imzalayıb, dövlətimiz tərəfindən bir çox layihələr həyata keçirilib, qədim tarixi abidələr bərpa olunub. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə mədəni irsin qorunub saxlanması üçün çox mühüm işlər görüb. Birinci xanımın birbaşa diqqət və qayğısı sayəsində Azərbaycanla UNESKO arasında qarşılıqlı faydalı əlaqələr yaranıb və bu əməkdaşlıq öz nəticəsini verməkdədir”.

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına Azərbaycandan daxil edilən üçüncü abidə olduğunu diqqətə çatdıran şəhər icra hakimiyyətinin rəsmisi deyib: "UNESKO-nun bu qərarı bütün Azərbaycan mədəniyyətinə, mədəni irsinə verilən çox böyük qiymətdir. Şəhərin tarixi mərkəzində olan karvansaraylar, məscidlər, minarələr, qədim tikililər, yaşayış evləri bundan sonra dövlətimizin başçısının Azərbaycan xalqına ünvanladığı təbrikdə də qeyd olunduğu kimi, təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur. İndi bizim məsuliyyətimiz daha da artıb. Biz, şəkililər bütün bəşəriyyətə aid olan bu mədəni irsi, bu mirası göz bəbəyi kimi qoruyub saxlamalı və dünyaya təqdim etməliyik”.

Zərinə Cavadovanın sözlərinə görə, bəşəriyyətin zəngin mədəni irsi hesab olunan bu ərazinin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunması, həmçinin bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM