07:31 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
21:02 08.07.2019

İyulun 8-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov gündəliyə bir sıra qanunlarda dəyişikliklərin edilməsi və icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı Koreya Respublikasının təcrübəsi barədə məsələlərin daxil edildiyini bildirib.

Əvvəlcə "Uşaq hüquqları haqqında”, "Narkoloji xidmət və nəzarət haqqında”, "Gənclər siyasəti haqqında”, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, "İnsan alverinə qarşı mübarizə haqqında”, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və "Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəyə baxılıb.

Layihə ilə bağlı parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova bildirib ki, "Narkoloji xidmət və nəzarət haqqında” Qanunun bir sıra maddələrində "sosial-psixoloji reabilitasiya” sözləri "psixoloji reabilitasiya və psixoloji korreksiya” ifadəsi ilə əvəz olunur. "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunun müvafiq maddələrində "sosial, psixoloji və digər kömək” sözləri "Psixoloji yardım haqqında” Qanunla müəyyən edilmiş qaydada "psixoloji yardım, habelə sosial və digər kömək” sözləri ilə əvəzlənir. Bu qanunla bir paketdə daxil olan digər qanunvericilik aktlarında da eyni məzmunlu dəyişikliklər nəzərdə tutulub.

Sonra "Məişət zorakılığının qarşısının alınması haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və "Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənəd təqdim edilib. Qeyd edilib ki, həmin qanunlarda hazırkı "psixoloji yardım almaq” ifadəsi təklif olunan variantda "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq” kimi nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, yuxarıda adıçəkilən qanunlara edilməsi nəzərdə tutulan dəyişikliklər "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli Qanunu ilə əlaqədardır. Birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələri deputatlar tərəfindən müsbət dəyərləndirilərək Milli Məclisin plenar iclasına tövsiyə olundu.

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov cari ilin iyun ayında Koreya Respublikasına səfəri barədə də danışıb. Bildirilib ki, nümayəndə heyətinin tərkibinə ölkənin aidiyyəti qurumlarının təmsilçiləri daxil idilər. Səfər müddətində nümayəndə heyətinin üzvləri Koreya Respublikasının icbari tibbi sığortanın tətbiqi sahəsində təcrübəsi, bu istiqamətdə göstərilən xidmətlər, bununla bağlı qanunvericilik bazası ilə tanış olublar.

Məlumat verilib ki, hazırda ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiq olunması üçün hazırlıq işləri həyata keçirilir. Sistemin tətbiqinə 2020-ci ildən başlanılması gözlənilir. Bununla bağlı tibb müəssisələrində də lazımi işlər görülür.

Müzakirələr zamanı çıxış edən deputatlar Musa Qasımlı, Qənirə Paşayeva, İlham Məmmədov, Rəşad Mahmudov və Kəmaləddin Qafarov məsələyə dair öz fikirlərini səsləndiriblər. Vurğulanıb ki, tibbi sığortanın ölkə üzrə tam tətbiqi vətəndaşların mənafeyinə xidmət edəcək, onlar keyfiyyətli tibbi xidmətlə təmin olunacaqlar. Qeyd olunub ki, bu sahədə maarifləndirmə işlərinin aparılması böyük əhəmiyyət daşıyır.

Sonra Əhliman Əmiraslanov və iclasda ıştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin Statistika şöbəsinin müdiri Tural Qulu deputatları maraqlandıran sualları cavablandırıblar.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM