Alternative content

11:09 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-ın Sinay sinaqoqunun nümayəndə heyəti Azərbaycan haqqında ətraflı məlumatlandırılıb
ABŞ-ın Sinay sinaqoqunun nümayəndə heyəti Azərbaycan haqqında ətraflı məlumatlandırılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:17 08.07.2019

İyulun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ABŞ-ın Kaliforniya ştatındakı Sinay sinaqoqunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə AZƏRTAC-a DQİDK-in mətbuat xidmətindən məlumat verilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonaqlara ölkədəki dini durum haqqında ətraflı məlumat verib, Azərbaycanda tolerantlığın və multikulturalizmin çox möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu qeyd edib. 33-ü qeyri-islam olmaqla, 940 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan M.Qurbanlı ölkəmizdə əhalinin 96 faizini təşkil edən İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Komitə sədri bildirib ki, Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da dövlət tərəfindən təmir və bərpa edilir, yeniləri inşa olunur. Hər il dövlətimizin başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maddi vəsait ayrılır. Bütün bunlar bir daha göstərir ki, tolerantlıq və multikulturalizm ənənələri ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəlib.

M. Qurbanlı bildirib ki, məhz bu ənənələrin daha geniş təbliği üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il ölkəmizdə "Multikulturalizm İli”, 2017-ci il isə "İslam Həmrəyliyi İli” elan edilib və bu illər çərçivəsində DQİDK və Qafqaz Müsəlmanları İdarəsi həm müsəlman, həm də qeyri-müsəlman ölkələrində bir sıra birgə tədbirlər həyata keçirib. DQİDK sədri xüsusilə bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli və geniş proqramlardan söz açıb. Qeyd edib ki, bu proses xüsusi olaraq yaradılan Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzi tərəfindən davam etdirilir.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Komitə sədri qeyd edib ki, bu münaqişə nəticəsində Ermənistan Azərbaycan torpaqlarını işğal edib, yüz minlərlə azərbaycanlını etnik təmizləməyə, dini zəmində zorakılığa məruz qoyub, tarixi-dini abidələri məhv edib. Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılmasında Sinay sinaqoqunun üzvlərinin iştirak etdiklərini vurğulayan M. Qurbanlı qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.

Nümayəndə heyətinin üzvü Yomtovian Aysak Azərbaycan haqqında geniş məlumata malik olduğunu, multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünü, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. Sinay sinaqoqunun üzvlərinin dəfələrlə Azərbaycana səfər etdiklərini xatırladan Yomtovian Aysak onların Azərbaycandan çox yüksək təəssüratla geri döndüklərini bildirib. O, müxtəlifliyin geniş yayıldığı bir dünyada millətlərin və dinlərin birgə yaşamasını təşviq edən Azərbaycan modelinin öz unikallığı ilə seçildiyini vurğulayıb. Azərbaycanın tolerantlığın və multikulturalizmin təşviqi istiqamətində oynadığı nümunəvi rolu xüsusi vurğulayaraq, ölkəmizlə qurulmuş sıx dostluq əlaqələrinə önəm verdiklərini bildirib. Eyni zamanda, ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Sonda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM