08 Iyul 2019 16:13
1274
Səhiyyə
A- A+

Dərini fəsil dəyişikliyindən qorumaq lazımdır


Cavan dəri gözəllik və sağlamlığın əsas göstəricisidir. Onun öz təravətini itirməsi bəzən daxili problemlərdən qaynaqlansa da, əksər hallarda ətraf mühitin təsiri də böyük rol oynayır. Bu baxımdan yaxşı qulluq olunmayan dəri tez qocalır. Üz dərisinə təsir edən başqa bir faktor isə fəsil dəyişiklikləridir. Hər mövsümdə dəriyə hava şəraitinə uyğun baxım tələb olunur. Dəriyə qulluq isə onun növünə uyğun seçilməlidir.

Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova bu barədə AZƏRTAC-a deyib: "İlk növbədə mütləq günəşdən qoruyan kremlərdən istifadə etmək lazımdır. Yay fəslində faktoru bir qədər artırmaq lazımdır. Yumurtanın sarısı çalınır, onun üzərinə 1 çay qaşığı bal və 1 çay qaşığı zeytun yağı əlavə edilərək üzə çəkilməsi çox güclü qidalandırıcı maska rolu oynayır”.

Həkim-dermatoloqun dediyinə görə, fəsil dəyişikliyi daha çox quru dəriyə təsir edir və bu zaman müəyyən maskalardan istifadə etmək lazımdır: "Xiyar sürtgəcdən keçirilir, qaymaq və ya xama bir qədər limon şirəsi əlavə olunaraq qarışdırılandan sonra üzə çəkilir. Bu maska dərini yüngülləşdirir, qidalandırır və ağardır”.

Dərinin problemlə üzləşdiyi digər bir mövsüm isə yaz aylarıdır. Yazda üz dərisini əsasən ultrabənövşəyi şüalarından qorumaq vacibdır. Həmin aylarda xüsusən maskalar və qoruyucu kremlər düzgün seçilməlidir. Dəriyə qulluq üçün istifadəsi məsləhət görülən təbii vasitələr kifayət qədərdir. Əsas odur ki. vaxtlı-vaxtında və zamanında düzgün şəkildə dərinin qayğısına qalasan”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video