Alternative content

19:54 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
16:10 08.07.2019

Azərbaycan avarçəkənləri Beynəlxalq Kanoe İttifaqının himayəsi ilə İtaliyanın Auronso di Kadoro şəhərində keçirilən kayak və kanoe üzrə beynəlxalq turnirdə 7 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, U-16, yeniyetmələr və gənclər kateqoriyalarında təşkil olunan turnirə 15 ölkədən 600-dən çox idmançı qatılıb. Azərbaycanı turnirdə təmsil edən beş idmançımız 200, 500 və 1000 metr məsafələrə yarışlarda mübarizə aparıb.

Avarçəkənlərimizdən Vadim Hüseynov (1999) 1000 metr məsafəyə kanoe yarışında üçüncü yeri tutub. Malxaz Çinçaraşvili (1997) isə 1000 və 500 metr məsafələrə kanoe yarışlarının qalibi olub. O, 200 metr məsafəyə yarışda isə üçüncü yerlə kifayətlənib. Hər iki idmançı cütlüklərin yarışında iki qızıl və bir bürünc medal qazanıblar. Belə ki, 1000 və 500 metr məsafələrə yarışlarda qalib gələn təmsilçilərimiz 200 metr məsafə üzrə mübarizədə üçüncü yeri tutublar.

Yeniyetmələrin yarışında çıxış edən Cumber Çxutiaşvili (2002) 200 metr məsafəyə kayak yarışının qalibi adını qazanıb.

On altı yaşadək avarçəkənlərin mübarizəsində isə Tofiq Bayramov (2004) 500 metr məsafəyə kayak yarışında qalib gəlsə də, 200 metr məsafəyə yarışda ikinci olub. Gülnarə Həmzəyeva (2006) də eyni nəticəni göstərərək qızıl (500 m) və gümüş (200 m) medallara layiq görülüb. Yarışın ən gənc iştirakçısı olan G.Həmzəyeva 2003-cü və 2004-cü il təvəllüdlü rəqiblərinə qalib gəlib.

Beləliklə, avarçəkənlərimiz beynəlxalq turnirdə üç məsafə üzrə kanoe və kayak yarışlarında Azərbaycanın aktivinə 7 qızıl, 2 gümüş və 3 bürünc medal qazandırıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM