08 Iyul 2019 16:08
676
SİYASƏT
A- A+

Latviyanın Yekabpils şəhərində Azərbaycan guşəsi açılıb


Latviya Respublikasının Yekabpils şəhərində ənənəvi "Şəhər günü” festivalı keçirilib. Bayram tədbirləri çərçivəsində şəhər sakinlərinin sevimli istirahət yeri olan Dauqava çayının sahilindəki xiyabanda Azərbaycana aid guşənin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan guşəsinin açılış mərasimində Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti, Yekabpils şəhərinin meri Ayvars Karps, bu şəhərin qardaşlaşdığı digər şəhərlərin rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Yekabpils şəhəri ilə Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsi 2012-ci il avqustun 15-də imzalanmış qarşılıqlı əməkdaşlıq protokoluna əsasən qardaşlaşıb. Yekabpils şəhərinin qardaşlaşdığı yeddi şəhərdən beşincinin şərəfinə qurulmuş Azərbaycan guşəsi özünəməxsusluğu ilə seçilir. Məlumat və istirahət xarakterli guşədəki Azərbaycan, Bakı və Suraxanı haqqında yazılar latış, rus, ingilis və Azərbaycan dillərində yerləşdirilib. Guşənin yanında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə istiqamətlənmiş nişan da quraşdırılıb.

Açılış mərasimində Yekabpils şəhərinin meri Ayvars Karps çıxış edərək Bakı şəhərinin Suraxanı rayonu ilə səmərəli əməkdaşlıqdan, müntəzəm qarşılıqlı səfərlər zamanı Azərbaycanda müşahidə etdikləri sosial-iqtisadi inkişafdan danışıb, Azərbaycana həsr olunmuş guşənin yaradılmasının əlamətdar hadisə olduğunu bildirib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov belə bir guşənin yaradılmasına görə şəhər meriyasına minnətdarlığını bildirərək bu təşəbbüsün ölkələrimiz və şəhərlərimiz arasında əməkdaşlığın güclənməsinə növbəti töhfə olduğunu qeyd edib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən danışaraq, şəhərlərimizin, o cümlədən Bakının daha da gözəlləşməsini xüsusi qeyd edib. Bildirilib ki, istirahət guşəsində Azərbaycanın qədim tarixi abidələrinin, yeni əzəmətli tikililərinin görüntülərinin əks olunması ilə yanaşı, ölkəmiz haqqında məlumatın verilməsi Yekabpils sakinlərində Azərbaycana qarşı xüsusi maraq yaradacaq.

Açılış mərasimində Azərbaycanın Latviyadakı səfirliyinin birinci katibi Tural Rəhimov da iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video