Alternative content

21:28 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Deputat Ülviyyə Ağayeva ATƏT PA-nın plenar iclasında Ermənistanın humanitar hüquq normalarına zidd hərəkətlərini diqqətə çatdırıb
Deputat Ülviyyə Ağayeva ATƏT PA-nın plenar iclasında Ermənistanın humanitar hüquq normalarına zidd hərəkətlərini diqqətə çatdırıb
ANA SƏHİFƏ / SİYASƏT
15:08 08.07.2019

ATƏT PA-nın Lüksemburqda keçirilən plenar iclasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edib. AZƏRTAC xəbər verir ki, azərbaycanlı siyasətçi öz çıxışında artıq başa çatan beşgünlük tədbirin yüksək səviyyədə təşkilinə görə lüksemburqlu həmkarlarına təşəkkürünü bildirib.

Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsini və artıq beşinci ildir erməni tərəfindən iki azərbaycanlı məcburi köçkünün – Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov saxlanılması faktını xatırladan deputat diqqətə çatdırıb ki, üçüncü məcburi köçkün Həsən Həsənov qətlə yetirilib. O əlavə edib ki, erməni tərəfi girov şəxsləri doğma Kəlbəcərdə valideynlərinin məzarını ziyarət etmək cəhdində həyasızcasına ittiham edir.

Ü.Ağayeva qeyd edib ki, girov götürülmüş şəxslərin bu yaxınlarda çəkilmiş şəkilləri onların qeyri-insani fiziki işgəncələrə məruz qaldıqlarını göstərir.

Milli Məclisin deputatı Ermənistanın humanitar hüquq normalarına məhəl qoymadığını diqqətə çatdırıb və həmkarlarını, habelə onların şəxsində bütün beynəlxalq ictimaiyyəti bu məsələyə biganə qalmamağa və sağ qalmış iki girov şəxsin öz ailələrinə qaytarılmasını Ermənistandan tələb etməyə çağırıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM