08 Iyul 2019 15:02
435
SİYASƏT
A- A+

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit hazırlığı kursunu bitirən məzunlara rütbə və sertifikatlar təqdim edilib


Əlahiddə Ümumqoşun Orduda növbəti zabit hazırlığı kursunu bitirən məzunlara rütbə və sertifikatların təqdim edilməsi mərasimi olub.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra polkovnik Mehman Gülməmmədov çıxış edərək ordunun Təlim-Tədris Mərkəzində yaradılan yüksək şəraitdən bəhs edib. Bildirib ki, kurs zamanı Təlim-Tədris Mərkəzindəki trenajorlardan və silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan maksimum istifadə edilib. Kursa cəlb edilmiş heyətin virtual təlim meydançasında qazandığı yeni biliklər real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilib.

Məzun Cəlal Kərimli peşəkarlıqlarının artırılmasına xidmət edən zabit hazırlığı kursunun muxtar respublikada təşkilinin hərb işinə verilən yüksək dəyər olduğunu vurğulayıb və buna görə dövlətimizə minnətdarlığını bildirib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədyönlü iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır. General-leytenant Kərəm Mustafayev çıxışı zamanı ilkin leytenant rütbəsi almağın həyəcanını yaşayan gənclərə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırıq və tövsiyələrini çatdıraraq deyib: Zabit olmaq üçün təkcə hərbi təhsil və fiziki hazırlıq kifayət etmir. Zabit adının məsuliyyəti daha böyükdür. Bu peşəni seçən hər bir gənc, ilk növbədə Vətənini, xalqını, dövlətini sevməlidir. Tarixinə, milli dəyərlərinə, dilinə, adət-ənənələrinə sahib çıxmalı, dünyagörüşünü artırmalı, dövləti və xalqı qarşısındakı xidməti borcunu şərəflə yerinə yetirməlidir.

Sonra kursu daha yüksək qiymətlərlə 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Bütün məzunlara sertifikatlar təqdim edildikdən sonra kurs zamanı ümumqoşun, ixtisas və fiziki hazırlıqda fərqlənən məzunlar mükafatlandırılıblar.

Kurs birincisi Şıxəmir Rəşidov xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunlar döyüş bayrağı qarşısında and içiblər.

Sonra polkovnik Vəli Nadirov məzunların ilkin leytenant hərbi rütbəsi verilməklə ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları haqqında Müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb.

Məzunların tribuna önündən təntənəli keçidindən sonra xatirə şəkli çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video