Alternative content

07:42 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin vitse-spikeri ATƏT PA-nın yekun plenar iclasında çıxış edib
Milli Məclisin vitse-spikeri ATƏT PA-nın yekun plenar iclasında çıxış edib
ANA SƏHİFƏ / SİYASƏT
12:17 08.07.2019

Lüksemburqda ATƏT Parlament Assambleyasının yekun plenar iclası davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova iclasda çıxış edib. ATƏT məkanında təhlükəsizliklə əlaqədar problemlərin həlli yollarının tezliklə işlənib hazırlanması zərurətinə diqqəti cəlb edən B.Muradova vurğulayıb ki, belə problemlərdən biri də dondurulmuş münaqişələr, qaçqınlar və məcburi köçkünlər problemidir. "Bu, bizim evimizdir, biz burada doğulmuşuq. Bu küçədə bizim uşaqlıq illərimiz keçib. Məktəbimizi, dostlarımızı, şəhərimizi necə unudaq? Doğmalarımızın məzarları buradadır. Biz yurdumuza qayıtmaq, bu məzarları ziyarət etmək istəyirik. Mənim ölkəmin işğal olunmuş hissəsində onlarca belə şəhər və kənd var. Həmvətənlərimizin, mənə doğma insanların ruhu orada dolaşır. Bunu demək çox ağırdır” – deyən Bahar Muradova daha sonra əlavə edib ki, miqrasiya heç də həmişə insanların könüllü seçimi nəticəsində baş vermir. Bəzən bu, milli mənsubiyyət əlamətinə görə zorla öz yurdundan qovulmanın və ayrı-seçkiliyin nəticəsi olur.

O, iki hərbi əsirin dəyişdirilməsi faktına görə razılığını bildirib, lakin Ermənistana müraciətlə Azərbaycanın təklif etdiyi "hamının hamıya” dəyişdirilməsi formulunu qəbul etməyə çağırıb. Bundan əlavə o, konkret nəticəyə yönəlmiş substantiv danışıqlar aparmağa çağırıb, qeyd edib ki, "danışıqlar xatirinə danışıqlar” məsələni düyünə salır.

Deputat çıxışının sonunda deyib: "Ordu kazarmalara, köçkünlər isə doğma evlərinə qayıtmalıdırlar”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM