08 Iyul 2019 12:07
622
İQTİSADİYYAT
A- A+

“Azexport.az” portalı ixracatçı şirkətlərlə əməkdaşlığı yeniləyir


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport” portalı ixracatçı şirkətlərin yeni bazarlara çıxışını dəstəkləmək istiqamətində fəaliyyətini genişləndirir. Bu məqsədlə portal ixrac zamanı sərbəst satış sertifikatına ehtiyac duyan şirkətlərin sorğularını operativ cavablandırır və onları müvafiq sənədlə təmin edir.

İİTKM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Azexport” portalı tərəfindən sərbəst satış sertifikatı verilən şirkətlər yeni bazarlara ixracda uğur qazanaraq bu istiqamətə fəaliyyətlərini genişləndirmək üçün sertifikatlarını yeniləməyə başlayıb. Bu baxımdan "Made in Azerbaijan” brendi adı ilə kosmetik məhsullar istehsal edən "Gazelli Group” şirkətinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu şirkət 2019-2020-ci illərdə də məhsul ixracını artırmaq üçün sərbəst satış sertifikatını yenilənməsinə ehtiyac duyub. "Gazelli Group”un bununla bağlı sorğusu "Azexport” portalı tərəfindən müsbət qarşılanıb və ona verilən sertifikatlar yenilənib. Portalın təqdim etdiyi sərbəst satış sertifikatı vasitəsilə sözügedən şirkətin qarşıdakı müddətdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə 64 adda məhsul üzrə ixrac reallaşdıracaq.

"Azexport” portalının meneceri Ayxan Qədəşov qeyd edib ki, sərbəst satış sertifikatı hazırda dünyada könüllü xarakter daşıyan sertifikatdır: "Qida, dərman və insan orqanizmi ilə birbaşa təmasda olan məhsullara nəzarətin daha da güclənəcəyini nəzərə alsaq, bu sertifikatın ixracatçı şirkətlər üçün icbari sertifikatlar siyahısına daxil edilməsi ehtimalı böyükdür”.

Sərbəst satış sertifikatı Azərbaycanda ilk dəfə "Azexport” portalı tərəfindən təqdim olunub. Sertifikatın verilməsi ilə "Made in Azerbaijan” brendi adı ilə istehsal olunan qida, dərman və insan orqanizmi ilə birbaşa təmasda olan məhsullar artıq Filippin, İndoneziya, Dominikan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Amerika, Çin və sair ölkələrə ixrac olunmağa başlanıb. Bu, "Made in Azerbaijan” brendi adı ilə istehsal olunan məhsulların ixrac coğrafiyasının genişlənməsinə, qeyri-neft ixracının artmasına töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video