Alternative content

10:04 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib
ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
12:04 08.07.2019

İyulun 8-də ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universiteti və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri Azərbaycanın Xarici İşlər nazirinin müavini, universitetin rektoru, səfir Hafiz Paşayev açıb. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti çətin bir tarixi yol keçib. Həmin illərdə diplomatlarımız ölkəmizin tarixində müstəsna rol oynayıblar. Müasir tariximizə baxsaq, artıq 30 ildir ki, Azərbaycan bu diplomatiyanı həyata keçirir. Müasir diplomatiyamızı da həyata keçirmək asan olmayıb.

Hafiz Paşayev deyib ki, ulu öndər Heydər Əliyev ən böyük diplomatımız olaraq, ölkəmizin həyatında müqayisəyəgəlməz rol oynayıb. Azərbaycan diplomatiyası xeyli uğurlara imza atıb. Xarici ölkələrin Azərbaycandakı diplomatik missiyalarının sayı 2004-cü ildə iki dəfə artıb. Bu amil ölkəmizin beynəlxalq əlaqələrinin göstəricisidir.

Konfransda Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın xarici siyasət prioritetlərindən danışıb. Bildirib ki, ölkəmizin əsas xarici siyasət prioriteti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsidir.

Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Xarici İşlər naziri müasir müstəqil Azərbaycan dövlətinin yaranmasından və inkişafından, onun xarici siyasətindən danışıb.

Konfrans çərçivəsində keçirilən "Azərbaycanın xarici siyasəti: XX əsrdə tarixi inkişaf” adlı sessiyada Türkiyənin sabiq Xarici İşlər naziri Hikmət Çətin, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer Azərbaycan diplomatiyası və bu sahədə qazanılan uğurlarla bağlı fikirlərini bildiriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM