Alternative content

21:33 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Çin arasında mədəni sahədə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
Azərbaycan ilə Çin arasında mədəni sahədə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
ANA SƏHİFƏ / Mədəniyyət
16:47 07.07.2019

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 7-də tədbirdə iştirak edən Çin Xalq Respublikasının Təhsil nazirinin müavini, UNESKO-da Çinin milli komissiyasının rəhbəri Tian Xuejun ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Əbülfəs Qarayev Çinin təqdim etdiyi nominasiyaların Dünya İrsi Siyahısına salınması münasibətilə təbriklərini çatdırıb. O, Çinin Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasına ev sahibliyi etmək istəyini bu ölkənin dünyada mədəni irsin qorunmasına verdiyi dəyərin göstəricisi kimi qiymətləndirib. Nazir UNESKO-nun Ümumdünya İrs Komitəsinin ölkəmizdə keçirilən 43-cü sessiyası çərçivəsində maraqlı fikir mübadilələrinin aparıldığını və bu müzakirələrdə Çin nümayəndə heyətinin də fəal iştirak etdiyini vurğulayıb.

Tian Xuejun Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə hazırlaşdığını bildirib. Qeyd edib ki, növbəti sessiyanın Çində keçiriləcəyini nəzərə alaraq, bu sahədə Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm veriləcək.

Görüşdə iki ölkə arasında mədəni sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM