Alternative content

11:02 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əhalinin məşğulluğunun təminatı dövlətin sosial siyasətində prioritet istiqamət olaraq qalır
Əhalinin məşğulluğunun təminatı dövlətin sosial siyasətində prioritet istiqamət olaraq qalır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:32 07.07.2019


Ölkədə sosial müdafiə məsələlərinin həllinə yeni yanaşma tətbiq ediləcək


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında fərman imzalamışdır.

Observatoriyanın yaradılması əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqramlaşdırma sisteminin təşkili məqsədini daşıyır. Bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, məşğulluq probleminin həllinin dövlətin daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir.

İnsanların maddi rifahının yaxşılaşdırılması üçün əsas şərtlərdən olan yeni iş yerlərinin yaradılması üçün görülən məqsədyönlü tədbirlər, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən yeni-yeni müəssisələrin işə salınması, sahibkarlığın getdikcə genişləndirilməsi davamlı xarakter daşıyır.

Başqa sözlə, əhalinin məşğulluq probleminin həlli dövlətin qarşıya qoyduğu prioritetlərdən biri olaraq qalır. Bunu təsdiqləyən faktlardan biri Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası”dır.

Azərbaycan dövləti ölkədə məşğulluq siyasətinin bundan sonrakı hədəflərini uzaqgörənliklə müəyyən edib. Hazırda bu sahədə atılan məqsədyönlü addımlardan biri özünüməşğulluq proqramının həllidir. Bu proqram geniş vüsət aldıqca əhalinin işlə təminatı məsələsinə böyük kömək göstərəcəyinə inam daha da artır.

Dövlət həmişə çətin vəziyyətdə yaşayan vətəndaşlara qayğı və diqqət göstərir. Ünvanlı sosial yardım proqramlarının icra edilməsi buna əyani misaldır. Lakin dövlət həm də ehtiyaclarını ödəmək üçün hər bir ailənin özünün imkanlarının yaranmasına çalışır. Özünüməşğulluq da məhz maddi çətinliyi olan ailələrin özlərinə yaxşı dolanışıq şəraiti yaratmağa imkan verir.

Dövlət orqanları, yerli icra orqanları və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri qarşıya məqsəd kimi qoyulub. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə.

Özünüməşğulluq aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qaldırılmasına və kiçik biznesə çıxışına imkan yaradır. Təqdirəlayiq haldır ki, bu proqramın əhatə dairəsi 2018-ci ildə 2017-ci ilə nisbətən 6,5 dəfə genişləndirilib. Özünüməşğulluğa 7267 nəfər cəlb edilib. Onların əksəriyyəti əlillər, sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri, məcburi köçkünlər, şəhid ailələrinin, eləcə də ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplardan olan şəxslərdir. Cari ildə sözügedən proqrama cəlb olunanların sayının 10 minə çatdırılacağı nəzərdə tutulub.

Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün xüsusilə geniş imkanlar var. Çünki bu sahə çoxşaxəlidir. Kənd yerlərində insanlar ailələri ilə birlikdə heyvandarlıqla, quşçuluqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə məşğul olurlar. Dövlət də onlara maddi dəstək verir. Başqa sözlə, özünüməşğulluğa diqqətin artırılması belə insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır.

Heydər Əliyev Fondu bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə böyük dəstək verib. "Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında özünüməşğulluq barədə ətraflı bəhs edilmişdir. Prezident İlham Əliyev bu barədə demişdir: "İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik. Bu, əlbəttə ki, təkcə maliyyə vəsaiti tələb edən məsələ deyil, burada bir çox texniki məsələlər, vasitələrin alınması var, ondan sonra, nəzarət mexanizmi tətbiq edilməlidir”.

Belə ki, bəzən vətəndaşlar müəyyən vasitələrlə təmin olunandan sonra onlardan səmərəli istifadə edə bilmir, imkanlardan bəhrələnmirlər. Ona görə də dövlət başçısı həmin insanlara faydalı tövsiyələrin verilməsini, treninqlər keçirilməsini, eyni zamanda, onların işinə nəzarət edilməsini tapşırmışdır.

Azərbaycanda özünüməşğulluğu inkişaf etdirmək üçün hərtərəfli şərait və imkan var. Lakin bu sahədə təcrübə az olduğundan dövlət həm də aparıcı beynəlxalq maliyyə qurumları, məsələn, Dünya Bankı və digər banklarla əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. Prezident İlham Əliyev həmin qurumların rəhbərləri ilə görüşlər zamanı bu məsələnin də qaldırıldığını və maraqların qarşılıqlı olduğunu bildirmişdir: "Biz onları cəlb etməliyik. Bizim indi maliyyə imkanlarımız var. Çünki biz bu işə təzə başlamışıq, onlar isə dünyanın müxtəlif yerlərində bu proqramı təşviq edirlər. Ona görə özünüməşğulluq proqramına daim diqqət göstərilməlidir. Mən bu mövzu ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Məhz ona görə ki, bu, vacib məsələdir”.

Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də məhsul istehsalının artımı baxımından çox böyük gələcəyi var.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM