07 Iyul 2019 00:29
495
SİYASƏT
A- A+

ATƏT PA-nın iclasında Azərbaycan nümayəndə heyətinin təklif etdiyi düzəliş qəbul olunub


Lüksemburqda İsveçrə nümayəndə heyətinin başçısı Marqareta Kiner Nellenin sədrliyi ilə işə başlamış ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclası davam edir.

AZƏRTAC-ın xəbər verdiyi kimi, iclasda Azərbaycan qanunverici orqanının nümayəndə heyətinin başçısı, Milli Məclisin Sədr müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Komitə üzvlərinin mühakiməsinə Kiprdən olan deputat Kiriakos Hadjiyanninin hazırladığı və təklif etdiyi qətnamə layihəsi çıxarılıb.

Müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişiyev deyib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və Azərbaycan icmaları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında birgə yaşaya bilərlər və yaşamalıdırlar. Bu, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin 20 faizinin işğaldan azad edilməsindən sonra mümkündür. Mirkişilinin sözlərinə görə, işğal faktı və etnik təmizləmə siyasəti beynəlxalq hüquqa ziddir və insan hüquqlarını pozur.

Azərbaycan nümayəndə heyətinin başçısı Bahar Muradova münaqişə zonası ilə bağlı 33-cü maddəyə 15-ci düzəlişi etməyi və təkcə münaqişə zonalarında deyil, həmçinin münaqişələrdən və doğma torpaqlarının işğalından əziyyət çəkən şəxslərin nəzərə alınmasını təklif edib. İclasın sədri və layihənin müəllifi, habelə deputatların iştirakı ilə ardıcıl davam edən məsləhətləşmələrin gedişində və Azərbaycan nümayəndə heyətinin başçısının inandırıcı əsaslandırması nəticəsində konsensus əldə edilib. Bundan sonra B.Muradovanın qətnamə layihəsinə təklif etdiyi düzəliş səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video