Alternative content

01:43 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məcburi köçkünlər üçün 104-cü müasir yaşayış kompleksi
Məcburi köçkünlər üçün 104-cü müasir yaşayış kompleksi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:26 07.07.2019


Prezident İlham ƏLİYEV: "Genişmiqyaslı işlər aparılır ki, tezliklə bütün köçkünlər yaxşı şəraitlə təmin olunsunlar”


Bakının Pirallahı rayonunda tikilmiş yeni yaşayış kompleksi düşmən əli ilə yurd-yuvasından didərgin salınmış 306 məcburi köçkün ailəsinə sevinc və rahatlıq gətirib. Odur ki, kompleksin istifadəyə verilməsi əlamətdar hadisəyə çevrildi. Mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər və bu, hadisənin önəmini qat-qat artırdı.

Yeni kompleks üç doqquzmərtəbəli binadan ibarətdir ki, bunlardan da biri 162, ikisi 72 mənzillidir. Elektrik, qaz, su, istiliklə təchiz olunması, suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulması burada müasir bir kompleksin inşa edildiyini göstərir. Daha bir əhəmiyyətli fakt yaşayış kompleksinə məktəb binasının da daxil olmasıdır. Ümumiyyətlə, burada bütün zəruri infrastruktur yaradılıb.

Yeni binalarda yüzlərlə məcburi köçkünün rahat yaşayışı təmin olunub ki, bu da ölkə əhalisinin həmin həssas təbəqəsinə Azərbaycan dövlətinin daim diqqət və qayğı göstərdiyini təsdiqləyir. Bu, məcburi köçkünlər üçün salınan 104-cü müasir yaşayış kompleksidir. 12 il əvvəl sonuncu çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün ümumi yaşayış sahəsi 3,5 milyon kvadratmetr olan qəsəbələr və çoxmərtəbəli evlərdən ibarət yaşayış kompleksləri tikilib. Keçən ilin sonunadək 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə 2018-ci ildə 5923 məcburi köçkün ailəsinə yeni mənzillər verilib. Bu ilin ilk üç ayında isə 2227 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub.

Yeri gəlmişkən, Qaradağ rayonunda da artıq 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana qəsəbələrində məcburi köçkünlərə 470 mənzil təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzil Binəqədi rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə verilib. Sumqayıtda da 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş binaların açılışı olub. Bu mühüm tədbirlərin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir.

Pirallahıda yaşayan məcburi köçkünlərin əksəriyyəti Laçın rayonundandır. İstifadəyə verilən yeni kompleksin açılış mərasimində Prezident İlham Əliyev bunu vurğulayaraq dedi: "Burada, Pirallahı rayonunda köçkünlər uzun illərdir ki, yaşayırlar. Köçkünlərin əksəriyyəti Laçın rayonundandır. Laçın rayonu 1992-ci ilin may ayında işğal altına düşmüşdür. Laçın və Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yaratdı. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanın işğalçı siyasətinin qarşısının alınması üçün böyük səylər göstərilmişdir. Uğurlu Horadiz əməliyyatı aparılmışdır. Beləliklə, Azərbaycan işğal olunmuş torpaqların bir hissəsini azad edə bilmişdir. Sonrakı dövrlərdə ordu quruculuğu istiqamətində böyük işlər görüldü. Bu işlərin nəticəsində 2016-cı ildə torpaqlarımızın bir hissəsi də işğalçılardan azad edildi. Ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir”.

Laçınlı məcburi köçkün Cəbrayıl Heydərov dövlət başçısına və Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Qeyd etdi ki, məcburi köçkünlərin həm də məşğulluq probleminin həllinə böyük diqqət göstərilir. Son dövrlərdə Pirallahı rayonunun xüsusilə inkişaf etməsi bunun üçün əlverişli imkan yaradır:

- Mən Pirallahı rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Cənab Prezident, sahibkarlıq fəaliyyətinə başlayanda cəmi iki nəfər işçimiz olub. Bu gün 50-yə yaxın işçimiz var. Biz işimizlə xalqımıza, dövlətimizə xidmət etməyə çalışırıq. Sizin dəstəyiniz, xüsusilə son illərdə verdiyiniz sərəncamlar, fərmanlar, sahibkarlara göstərdiyiniz diqqət və qayğı nəticəsində biz Pirallahı rayonunda sahibkarlıq fəaliyyəti ilə - bunu tam səmimiyyətlə deyirəm, cənab Prezident - heç bir maneə olmadan tam sərbəst məşğuluq. Rayonda da bizim üçün geniş şərait yaradılıb. Qarşımızda duran əsas məqsəd ölkəmizin idxaldan asılılığını azaltmaq, yeni iş yerləri yaratmaq, insanların həyat şəraitini yaxşılaşdırmaqdır”.

Məcburi köçkün Kəmalə Musayeva isə dedi: "Hörmətli Mehriban xanım, biz çox yaxşı xatırlayırıq ki, siz Birinci vitse-prezident təyin olunandan sonra ilk müşavirənizi məhz məcburi köçkünlərin və qaçqınların sosial problemlərinə həsr etdiniz, Siz xeyirxah, nəcib əməllərinizlə bizim xalqımız, vətənimiz üçün seçilmişlərdənsiniz. Bunun üçün biz sizə çox minnətdarıq”.

Pirallahı görüşlərində bir daha qeyd edildi ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması davamlı xarakter daşıyır. Hələ də ağır vəziyyətdə yaşayan köçkünlərin problemlərinin həlli gündəlikdə dayanan əsas məsələlərdəndir. Onların da şəraitinin tezliklə yaxşılaşdırılması üçün genişmiqyaslı işlər aparılır.

F.SADIQLI,

"Azərbaycan”