Alternative content

01:48 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cavid Qurbanov: Qarşıdakı 3 ildə 1500-2000 kilometr dəmir yolu təmir olunacaq
Cavid Qurbanov: Qarşıdakı 3 ildə 1500-2000 kilometr dəmir yolu təmir olunacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:38 06.07.2019

Yaxın gələcəkdə Azərbaycanda 1500-2000 kilometr dəmir yolu təmir ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, ötən il də daxil olmaqla son 3 ildə ölkədə 875 kilometr dəmir yolu təmir olunub. Bakıdan Böyük Kəsiyədək və əks istiqamətdə 1100 kilometr dəmir yolu tam təmir edilib. Cari ilin sonu kimi və ya gələn ilin əvvəlindən Rusiya sərhədinədək dəmir yolunun təmirinə başlanılacaq. Qəbələ istiqamətində də dəmir yolu təmir olunur. Qarşıdakı 3 ildə ölkədə 1500-2000 kilometr dəmir yolu təmir olunacaq, həmin yollarda qatarların sürəti artırılacaq.