06 Iyul 2019 13:35
410
SİYASƏT
A- A+

Ermənistan nümayəndə heyətinin ATƏT PA-da növbəti uğursuzluğu


Bu gün Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası davam edir. Xatırladaq ki, dünən, Komitə iclasının açılışı günündə irlandiyalı deputat Alan Farrellin "Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunulub. Təklif olunmuş yekun qətnaməyə düzəlişlər Ermənistan və Azərbaycan nümayəndələri arasında kəskin debatlara səbəb olub.

Qətnamədə Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına tam hörmət etməklə ümumi və davamlı sülhə nail olmaq üçün mövcud formatlar çərçivəsində və qeyd-şərtsiz nəticələr əldə edilməsinə yönəlmiş konstruktiv danışıqları intensivləşdirməyə çağırış təsbit olunub.

Ermənistan nümayəndə heyəti qətnamə layihəsində Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünün dəstəklənməsindən bəhs edilən 19-cu paraqrafından "Azərbaycan" sözünün çıxarılmasına cəhd göstərdi, lakin bu cəhd baş tutmadı. Bunun ardınca Ermənistan nümayəndə heyəti həmin dövlətlərin hər birinin adbaad xatırladılmadığı, yalnız Helsinki Yekun Aktının prinsiplərinə istinad olunduğu düzəliş edilməsi yolu ilə "hesabı bərabərləşdirməyə” çalışdı, lakin bu cəhd də uğursuz oldu.

Nümayəndələr ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyevin gətirdiyi dəlilləri səs çoxluğu ilə qəbul etdilər və Ermənistan nümayəndəsi Hayk Koncoryanın təklif etdiyi düzəlişi, habelə təşəbbüskarlarından biri deputat Tiqran Urixanyan olan növbəti düzəlişi də rədd etdilər və 19-cu paraqraf əvvəlki redaksiyada saxlanıldı. Qətnamənin müəllifi Alan Farrell özü də ermənilərin təklif etdiyi düzəlişlərin əleyhinə səs verdi.

Beləliklə, Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, ATƏT PA Komitə iclasında Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü və bu dövlətlərin sərhədlərinin toxunulmazlığını növbəti dəfə dəstəklədi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video