06 Iyul 2019 12:29
512
İQTİSADİYYAT
A- A+

Çindən yola düşən daha bir blok qatarı Azərbaycana çatıb


Sian-Bakı blok qatarını qarşılama mərasimi keçirilib


Çindən yola düşən daha bir blok qatarı Azərbaycana çatıb. İyulun 6-da Abşeron Logistika Mərkəzində qatarın qarşılanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Sian şəhəri Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər.

Layihə bu ilin aprelində Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” Forumunda "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanovun iştirakı ilə qurumun törəmə şirkəti olan "ADY Konteyner” MMC və Çinin "Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət cari ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.

Mərasimdə çıxış edən İqtisadiyyat naziri Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib. Nazir Azərbaycanın Çinin "Bir kəmər, bir yol” layihəsinə ilk qoşulan ölkələrdən olduğunu vurğulayıb.

O, cari ilin 6 ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artdığını qeyd edib. Çinlə həm siyasi, həm iqtisadi, həm də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov çıxışında blok qatarları ilə yüklərin çatdırılma müddətinin qısaldılması istiqamətində görülən işlərdən, dəmir yolunda aparılan islahatlardan danışıb. Əlverişli coğrafi mövqeyə malik, "Böyük İpək Yolu”nun üzərində yerləşən Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas iştirakçısı olduğunu qeyd edib. O, ölkəmizin üzərindən keçən yüklərin həcminin daha da artması istiqamətində atılan addımlardan söz açıb.

Sian şəhəri Xalq hökumətinin vitse-meri Q.Qao isə Sian-Bakı blok qatarının Azərbaycan və Çin şirkətlərinin işinə böyük töhfə verəcəyini deyib. "Ötən il Siandan Avropaya 1300-dən çox qatar yola salınıb, bu isə milyardlarla dollar gəlir deməkdir. Bu gün Siandan Bakıya gələn qatar reysi ümumilikdə Çindən Avropaya gedən 13-cü marşrut yoludur. Ümid edirik ki, çinli və azərbaycanlı biznesmenlər yaradılmış bu şəraitdən yararlana biləcəklər. İnanırıq ki, Çinin "Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlığımız daha da genişlənəcək. Sian-Bakı qatar yolu bu istiqamətdə atılan vacib addımlardan hesab edilə bilər”, - deyə Q.Qao bildirib.

Sian-Bakı ilk blok qatarı 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video