Alternative content

01:48 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-da yenidən güclü zəlzələ baş verib
ABŞ-da yenidən güclü zəlzələ baş verib
ANA SƏHİFƏ / DÜNYA
10:43 06.07.2019

ABŞ-ın Kaliforniya ştatının cənubunda 6,9 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Los-Anceles şəhərindən 193 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Xatırladaq ki, cümə axşamı ABŞ-ın Kaliforniya ştatında Los-Ancelesdən 195 kilometr şimalda yerləşən Rickrest şəhərinin yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.