Alternative content

22:54 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qlobal əməkdaşlıq mərkəzi
Qlobal əməkdaşlıq mərkəzi
ANA SƏHİFƏ / SİYASƏT
00:46 06.07.2019


Bakı son iki həftədə 3-cü beynəlxalq tədbirə evsahibliyi edir


Yerləşdiyi bölgənin aparıcı dövləti olan Azərbaycan öz yüksəlişi, beynəlxalq arenadakı nüfuzu ilə təsdiq edir ki, regionun lideri statusunu layiqincə daşıyır. Artıq dəfələrlə sübuta yetirilib ki, Cənubi Qafqazı əhatə edən hər hansı beynəlxalq layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz.

Cənubi Qafqazla bağlı siyasi sahədə Azərbaycanla hesablaşır, məsləhətləşirlər. Bölgə iqtisadiyyatının əsas ağırlığı da ölkəmizin payına düşür.

Azərbaycanı beynəlxalq miqyasda regionun lideri kimi tanıdan başqa bir məsələ ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəz kimi tanınır. Humanitar forum üzrə Bakı platformasına isə dünyanın dörd bir yanından elm adamları, siyasətçilər qoşulublar. Azərbaycan həm də regional münaqişələrin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında da fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Bu mənada hazırda ölkəmiz mühüm siyasi, iqtisadi, idman və digər səpkili beynəlxalq tədbirlərin əsas ünvanıdır.

Bütün bunlar həm də Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin dünyanın beynəlxalq təşkilatları, güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanmasının və qəbul edilməsinin əyani təsdiqidir.

Beləliklə, düzgün və düşünülmüş siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, dünyanın müxtəlif qütblərində dayanan dövlətlərlə yaxşı münasibətlər, beynəlxalq təşəbbüslərimiz bu gün ölkəmizi dünyada yalnız sabitlik və inkişaf deyil, həm də əməkdaşlıq məkanı kimi təqdim edir. Azərbaycanın dünyanın ən etibarlı sülh və tərəfdaşlıq platforması olması artıq beynəlxalq səviyyədə qəbul olunan reallıqdır. Respublikamız bu sahədə daim öz təcrübəsini nümayiş etdirməklə və beynəlxalq səviyyədə mükəmməl nümunələr ortaya qoymaqla birləşdirici və barışdırıcı faktora çevrilib. Bu mənada respublikamızın müstəqillik illərində qazandığı ən mühüm nailiyyətlərdən biri də müharibələrə, humanitar böhranlara qarşı birgə beynəlxalq mübarizənin təşkili, bu istiqamətdə mövcud olan və ya yarana biləcək problemlərin aradan qaldırılması yollarının müəyyənləşdirilməsi ilə bağlı qlobal fəaliyyətin istinad nöqtəsinə çevrilməsidir. Hətta Rusiyanın və ABŞ-ın ali hərbi rəhbərlikləri də dialoq və məsləhətləşmə üçün Bakını seçirlər.

Son iki həftədə Azərbaycan 3-cü beynəlxalq tədbirə evsahibliyi etməklə bir daha təsdiqlədi ki, ölkəmiz bütün dünyada qəbul edilən ideal məkandır. İyunun 20-21-də Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 53-cü plenar sessiyasında üzv dövlətləri təmsil edən 150-dən artıq qonaq iştirak etdi. Xüsusilə qeyd edilməlidir ki, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, NATO Parlament Assambleyasının, MDB Beynəlxalq Parlament Assambleyasının, İƏT Parlament İttifaqının, Baltik Dənizi Parlament Konfransının, Almaniya Bundestaqının, İsrail Knessetinin, Fransa Milli Assambleyasının və Senatının, eləcə də Misir, Belarus, Slovakiya parlamentlərindən də müşahidəçilərin iştirakı QDİƏT PM-nin Bakıda keçirilən 53-cü sessiyasının beynəlxalq miqyasda kifayət qədər maraqla qarşılandığını göstərdi.

Bundan iki gün sonra isə Azərbaycanda növbəti beynəlxalq tədbir start götürdü. İyunun 24-26-da Bakıda BMT və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirildi. Heydər Əliyev Mərkəzində baş tutan forumda dünyanın 190-dan çox ölkəsindən 800-dən artıq nümayəndə iştirak etdi.

BMT-nin Dövlət Xidmətləri Forumunun məqsədi dövlət xidmətlərinin göstərilməsi ilə bağlı aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə bu istiqamətlərdə qabaqcıl təcrübələrin mübadiləsidir. Bu baxımdan sözügedən tədbir dövlət xidmətlərinin aktual problemləri, bu sahədə innovasiyalar və texnologiyaların tətbiqi, eləcə də digər vacib məsələlərin müzakirə edildiyi, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq platformadır.

Forumun Azərbaycanda keçirilməsinə gəldikdə isə, buna zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlərdir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda hökumət-vətəndaş münasibətlərində daha çevik mexanizmlərin tətbiqi, bürokratik əngəllərin aradan qaldırılması istiqamətində vacib addımlar atılıb. Bu da nəticə etibarilə ölkəmizdə vətəndaşlara dövlət xidmətlərinin göstərilməsini də yeni keyfiyyət mərhələsinə yüksəldib.

İyunun 30-dan isə Bakıda UNESKO-nun (BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı) Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası start götürdü. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına evsahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb və Təşkilat Komitəsi yaradılıb. Prezidentin başqa bir sərəncamı ilə sessiyada iştirakla əlaqədar Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında 2500-ə yaxın qonaq iştirak edir. Dünyanın müxtəlif ölkələrini təmsil edən iştirakçılar dünya irsinin qorunması üçün görülməsi vacib olan tədbirləri müzakirə edirlər.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət respublikamızı qlobal siyasi, iqtisadi, hərbi, humanitar, mədəni məsələlərin müzakirə olunduğu platformaya çevirib. Bu tədbirlərin ən böyük əhəmiyyəti isə odur ki, Azərbaycan beynəlxalq miqyasda təbliğ olunur, ölkəmizin üzləşdiyi ədalətsizliklərlə bağlı həqiqətlər dünyaya çatdırılır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM