Alternative content

12:11 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Sətti” Xəzərin Azərbaycan sektorunda qazma əməliyyatları aparacaq
“Sətti” Xəzərin Azərbaycan sektorunda qazma əməliyyatları aparacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:45 06.07.2019


"KazMunayGaz”ın bu qurğusu "Caspian Drilling Company”yə etibarlı idarəetməyə verilib


Azərbaycan və Qazaxıstan neft-qaz sənayesinin bir çox sahələrində əməkdaşlıq edir və bu əməkdaşlığı getdikcə şaxələndirirlər. Hər iki ölkənin zəngin neft və qaz yataqları var. Bunların bəziləri Xəzərin Azərbaycan və Qazaxıstan sektorlarında bir-biri ilə yaxın məsafədə yerləşir.

Təsadüfi deyil ki, bir sıra tanınmış beynəlxalq şirkətlər həm Azərbaycan, həm də Qazaxıstan yataqlarında işləyən konsorsiumlarda tərəfdaşlıq edirlər. Məsələn, Rusiyanın "LUKoyl”, İtaliyanın "Eni”, Fransanın "Total”, Yaponiyanın "İtoçu” şirkətləri hər iki ölkədə çalışırlar.

Neft-qaz sahəsində zəngin bilik və böyük səriştəyə malik Azərbaycan və Qazaxıstan mütəxəssisləri uzun illərdir qazandıqları təcrübəni də bir-biri ilə bölüşürlər. Bu gün hər iki ölkənin, həmçinin zəngin neft-qaz və ixrac infrastrukturu var ki, onlar bundan da bəhrələnə bilirlər. Məsələn, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə müəyyən həcmdə Qazaxıstan nefti də nəql olunur.

Bu yaxınlarda Qazaxıstanın "Sətti” özüqalxan üzən qazma qurğusunun Ersay limanından Bakıya gətirilməsi əməkdaşlığın uğurla davam etdiyinin təsdiqidir. "KazMunayGaz”a məxsus qurğu SOCAR-ın Caspian Drilling Company (CDC) MMC-nin müasir dəniz təchizat və logistika bazasına yan alıb.

Xatırladaq ki, bu ilin yanvar ayında SOCAR və "KazMunayGaz” şirkətləri arasında anlaşma memorandumu inzalanmışdı. Anlaşma memorandumu çərçivəsində atılacaq ilk konkret addım kimi "Sətti”nin Bakıya gətirilərək burada modernləşdirilməsi və daha sonra qurğu ilə Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərinin aparılması nəzərdə tutulmuşdu. Cari ilin fevral ayında isə bu barədə memorandum imzalandı.

Budur, SOCAR-ın CDC şirkətinə etibarlı idarəetməyə verilmiş qurğu artıq Bakıdadır. Onun modernləşdirilməsi qazma qurğularının tikintisi və təkmilləşdirilməsi sahəsində böyük təcrübəyə malik CDC-nin müasir təchizat və logistika bazasında həyata keçiriləcək.

Modernləşdirmənin bu ilin sonunda yekunlaşması gözlənilir. Sonra qurğu ilə 6000 metrdən çox dərinliyə malik kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılması mümkün olacaq. "Sətti”nin eləcə də Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabiliyyəti artacaq. Qurğunun ilk növbədə Abşeron yarımadasının dayazsulu hissəsində, "Ümid”, "Babək” yataqlarında aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur. Əməliyyat dövründə qurğu üzərində menecmenti CDC şirkəti həyata keçirəcək.

Xatırladaq ki, "KazMunayGaz” milli şirkəti Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, hasilatı, emalı və nəqlini həyata keçirən operatordur. Şirkət 2002-ci ildə ölkə Prezidentinin qərarı ilə "Kazaxoyl” və "Neft və Qazın Nəqli” Qapalı Səhmdar cəmiyyətlərinin birləşdirilməsi nəticəsində yaradılıb. "KazMunayGaz”ın tərkibində 190-dan çox təşkilat birləşib. Onun səhmdarları "Samruk-Kazyna” Milli Sərvət Fondu (90 faiz) və Qazaxıstan Respublikasının Milli Bankıdır (10 faiz).

Şirkətin mənzil-qərargahı Nur-Sultan şəhərində yerləşir. Onun "Kaşaqan”, "Tengiz” yataqlarında işləyən, dənizdə, həmçinin sahildə əməliyyatlar aparan, neftin və qazın nəqli, satışı ilə məşğul olan və digər bölmələri uğurla fəaliyyət göstərir.

"Sətti” qurğusunun idarəetməyə verildiyi CDC şirkəti isə 1996-cı ildə yaradılıb. SOCAR-ın CDC-dəki payı 92,44 faizdir. CDC şirkətinə məxsus "Dədə Qorqud”, "İstiqlal” və Heydər Əliyev adına yarımdalma qazma qurğuları hazırda Xəzər dənizinin Azərbaycana aid hissəsində müxtəlif beynəlxalq miqyaslı layihələrdə fəaliyyət göstərir. Yaxın vaxtlarda "Sətti” qurğusu da Azərbaycanın karbohidrogen yataqlarında işə başlayacaq.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM