Alternative content

01:42 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hərbçilər və müxalifət Sudanda müvəqqəti hökumət yaradacaq
Hərbçilər və müxalifət Sudanda müvəqqəti hökumət yaradacaq
ANA SƏHİFƏ / DÜNYA
00:32 06.07.2019


Sudanın keçid hərbi şurası və "Azadlıq və dəyişikliklər uğrunda qüvvələr” müxalifətçi birliyi ikigünlük danışıqlar zamanı müvəqqəti vətəndaş hökumətinin yaradılması barədə razılıq əldə etmişlər. Birgə hakim struktur Suveren şura adlandırılmışdır. Bu barədə "Sky News Arabia” telekanalı xəbər verir.

Məlumata görə, yeni hakimiyyət 3 il 3 ay fəaliyyət göstərəcək. Bu müddətdə zorakılıq hallarının şəffaf təhqiqatının keçirilməsi və müstəqil hökumətin formalaşdırılması nəzərdə tutulur.

Danışıqlarda iştirak etmiş müxalifət nümayəndəsi İbrahim Amin demişdir ki, şuraya 5 mülki şəxs və 5 hərbi qulluqçu daxil olacaq. Şuranın 11-ci üzvü isə hərbi keçmişli mülki şəxs olmalıdır.

Xatırladaq ki, cari ilin aprel ayında hərbçilər Sudanda dövlət çevrilişi edərək Prezident Ömər Bəşiri devirmiş və ona qarşı cinayət işi açılmışdır. Çevrilişdən sonra ölkədə mülki hakimiyyət orqanları yaradılması tələbi ilə kütləvi etirazlar başlamışdır.