Alternative content

01:44 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə İsveçrəyə və BMT-yə etiraz notaları göndərdi
Türkiyə İsveçrəyə və BMT-yə etiraz notaları göndərdi
ANA SƏHİFƏ / DÜNYA
00:32 06.07.2019


Türkiyə İsveçrə hökumətinə və BMT-nin Cenevrədəki ofisinə rəsmi etiraz notaları göndərmişdir. Ankaranın narazılığına PKK-nın bir qrup terrorçusunun İsveçrəyə getməsinə icazə verilməsi və BMT nümayəndələrinin bu terrorçu təşkilatın Suriyadakı qanadının təmsilçiləri ilə imzaladığı "Hərəkətlər planı” səbəb olmuşdur. Bu barədə "Anadolu” agentliyi xəbər verir. Məlumata görə, sənədi imzalamaq üçün Cenevrəyə bir qrup terrorçu, o cümlədən PKK-nın "Fərhat Abdi Şahin” ləqəbli xüsusilə təhlükəli üzvü getmişdir.

Rəsmi etiraz notalarına "Fərhad Abdi Şahin” ləqəbli terrorçunun İnterpolun "qırmızı sirkulyarı” ilə axtarışda olması barədə bildiriş də əlavə edilmişdir.