Alternative content

12:15 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Suriyaya neft daşıyan tanker saxlanıldı
Suriyaya neft daşıyan tanker saxlanıldı
ANA SƏHİFƏ / DÜNYA
00:31 06.07.2019


İranın Məqsədəuyğunluq şurasının (ali lider yanında məşvərətçi orqan) sədri Möhsün Rezai bildirmişdir ki, Böyük Britaniya Cəbəl-Tariqdə saxlanmış tankeri buraxmasa, Tehran buna cavab olaraq Britaniyanın bir gəmisini saxlamalıdır. Bu barədə "RİA Novosti” agentliyi xəbər verir.

Məlum olduğu kimi, srağagün Suriyaya xam neft daşıyan supertanker saxlanmışdır. Cəbəl-Tariqin Baş Naziri Fabian Pikardonun dediyinə görə, "Grace 1” gəmisinin Avropa İttifaqının Suriyaya qarşı sanksiyaları pozması barədə məlumat daxil olduğundan hökumət bu cür tədbir həyata keçirmişdir. Tanker ABŞ-ın xahişi ilə saxlanmışdır.

Bununla əlaqədar İranın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Tehrandakı səfirinə etirazını bildirmiş və tankerin buraxılmasını tələb etmişdir. XİN-in rəsmi nümayəndəsi Abbas Musavi bundan əvvəl demişdir ki, Tehran Avropa İttifaqının sanksiyaları üzündən Cəbəl-Tariqdə tankerin saxlanmasını qəbulolunmaz hesab edir. Çünki həmin sanksiyalar BMT-nin qərarlarına əsaslanmır.

"Mehr” agentliyinin xəbərinə görə, "Grace 1” tankeri Rusiyanın "Rusian Titan Shipping Line” şirkətinə məxsusdur. Məlumata görə, gəmi Suriyaya İran nefti daşıyırmış. Tankerin məxsus olduğu şirkət isə Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdadır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM