Alternative content

19:54 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cüdoçumuz Hidayət Heydərov XXX Ümumdünya Yay Universiadasında gümüş medala sahib olub
Cüdoçumuz Hidayət Heydərov XXX Ümumdünya Yay Universiadasında gümüş medala sahib olub
ANA SƏHİFƏ / İDMAN
22:31 05.07.2019

Azərbaycan cüdoçusu Hidayət Heydərov İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında gümüş medala sahib olub.

AZƏRTAC xəbər verir ki, universiadanın ikinci günündə - iyulun 5-də Azərbaycanın iki cüdoçusu mübarizə aparıb. Milli komandamızın üzvü Hidayət Heydərov (73 kq) müxtəlif mərhələlərdə ardıcıllıqla Abdullah Hamad (Səudiyyə Ərəbistanı), Abdelrahman Mohamed (Misir), Luca Otmane (Fransa), Marko Qusiç (Monteneqro), Tsoqtbaatar Tsend-Oçiri (Monqolustan) məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə rusiyalı Evgeni Prokopçuka məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənməli olub.

Digər təmsilçimiz Murad Fətiyev (81 kq) isə ilk görüşdə hollandiyalı Yim Heymana uduzub.

Millimizin üzvlərindən Aliumar Tumayev (90 kq) və Rüstəm Kotsoyev (+90 kq) yarışların birinci günündə mübarizəni dayandırıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM