Alternative content

01:44 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Azərbaycan-Çin biznes forumu keçirilib
Bakıda Azərbaycan-Çin biznes forumu keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
22:27 05.07.2019

İyulun 5-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çin biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Çin rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, tekstil, maşınqayırma, neft-kimya, logistika, konsaltinq, əczaçılıq və sair sahələrdə fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib.

AZƏRTAC xəbər verir ki, forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi, keçirilən görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli zəmin yaratdığını deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri inkişaf edir, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, maliyyə, ticarət, və xidmət sahələrində Çin kapitallı 120-dək şirkət fəaliyyət göstərir.

Bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bu potensialın reallaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Belə ki, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb, Honkonq, Quancou, Urumçi, Şanxay və Pekində ixrac missiyaları təşkil edilib. Keçirilmiş biznes forumlar, işgüzar görüşlər Azərbaycan şirkətlərinin Çində təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirakı və digər tədbirlər iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır.

Azərbaycanda biznes və investisiya mühiti barədə məlumat verən N.Səfərov ölkəmizdə aparılan iqtisadi islahatların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini, "Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını diqqətə çatdırıb. Belə ki, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib.

O, hər iki ölkənin işgüzar dairələrini əlverişli biznes mühitindən yararlanmağa, iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcək birgə layihələr həyata keçirməyə dəvət edib.

Çinin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşavirı Van Çunqan, Çinin Sian şəhəri merinin müavini Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini TanYuqan nəqliyyat qovşağında yerləşən Azərbaycanın Çin üçün əhəmiyyətini vurğulayıb, əməkdaşlığın inkişafı istiqamətləri barədə danışıblar.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın, Çin nümayəndələri isə ölkələrinin Çanba, Baylin, Yanlyan regionlarının biznes və investisiya mühitinə dair təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda Azərbaycanın "ADY Konteyner” MMC və Çinin "Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında konteyner daşımaları üzrə müqavilə, Azərbaycanın "Kat Holding” və Çinin "Sian Maliyyə Holdinqi", Azərbaycanın "Mergury Group” MMC və Çinin "Çanba” ticarət şirkəti arasında əməkdaşlıq memorandumları imzalanıb.